sehiyye.info

'Uşaq serebral iflicindən əziyyət çəkən uşaqların valideynlərinə müalicəvi masajın öyrədilməsi' layihəsi başa çatıb

'Uşaq serebral iflicindən əziyyət çəkən uşaqların valideynlərinə müalicəvi masajın öyrədilməsi' layihəsi başa çatıb
“Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi 01 avqust 2023-cü il tarixindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icrasına başladığı “Uşaq serebral iflicindən əziyyət çəkən uşaqların valideynlərinə müalicəvi masajın öyrədilməsi” layihəsininin icrasını başa çatdırıb.
Qeyd edək ki, layihənin əsas məqsədi uşaq serebral İflicindən (USİ) əziyyət çəkən uşaqların reablitasiyasının davamlı olmasını təmin etmək, ailələrə dəstək olmaq, müalicəvi masajı öyrətməklə ailələrin qarşılaşdıqları problemləri azaltmaq, reablitasiyanın davamlılığını artırmaq və eyni zamanda övladının sağlamlığı ilə əlaqədar işləyə bilməyən valideyinlərə yeni peşə öyrətməklə onların məşğulluğuna şans yaratmaq, ailələrin maddi vəziyyətinin yaxşılaşmasına səbəb olmaq olmuşdur. Layihənin sonunda valideynlər təlimlərdə öyrəndiklərini evə gedərək uşaqlarına tətbiq etdiklərini və müsbət nəticə gördüklərini bildirmişlər. Layihənin müsbət tərəflərindən biri bütün təcrübələrin layihəyə cəlb olunmuş valideynlərin uşaqlarının üzərində aparılması olmuşdur. Hər uşağın fərqli diaqnoza malik olması, valideynlərin hansı uşaqda nəyin tətbiq etməsi haqqında məlumatın artmasına səbəb olmuşdur.
Layihəyə 12 nəfərin cəlb olunması nəzərdə tutulsa da layihədən 16 ailə bəhrələnmişdir. Layihə müddətində seminarlar oxunub və ən çox təcrübəyə yol verilib. Layihə yarıya çatanda və layihənin sonunda qiymətləndirmə aparılıb, iştirakçılar imtəhan verib. Layihənin tərəfdaşı olan “SENİ” şirkəti layihə müddətində öz dəstəyini göstərib və layihənin sosial şəbəkədə işıqlandırılmasında yaxından dəstək olub. Bundan başqa valideynlər “SENİ” şirkətinin baxım vasitələri ilə tanış edilib və yataq xəstəsi olan uşaqlara baxım vasitələri paylandı. Layihənin sonunda “Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi tərəfindən iştirakçılara sertifikatlar, təlimçi həkim Aynur Əhmədovaya və “SENİ”Şirkətinin əməkdaşlarına təşəkkürnamələr tədim edilmişdir. Bundan sonra “Seni” Şirkətinin maliyyə dəstəyi ilə “Bakı masaj məktəbi” tərəfindən iştirakçılara əlavə olaraq diplom və sertifikatlar təqdim olunmuşdur. “Əlilliyi olan şəxslərə sosial dəstək” ictimai birliyinin sədri Təranə Musayeva layihədə yaxından iştirak edən hər kəsə öz dərin minnətdarlığını bildirmişdir. Valideynlər tərəfindən layihənin logosu ilə hazırlanmış tort kəsilmişdir.

REKLAM