Bir daha Padaqra haqqında .Həkim məsləhəti
Son zamanlar podaqra xəstəliyi ilə müraciət edənlərin sayında artım müşahidə olunur.
Bu sözləri Səhiyyə.info saytına tanınmış həkim terapevt Nərminə Abbasova bildirib.
Xatırladırıq ki,Nərminə Abbasova MayoMed Fizioterapiya və Reabilitasiya Mərkəzinin baş həkimidir və bu kimi xəstəliklərin müayinəsi və müalicəsini həyata keçirir.
Nədir Padaqra ?
Podaqra ani və şiddətli oynaq ağrılarına səbəb olan bir artrit növüdür (oynaqların iltihabı). Podaqra revmatik xəstəlik hesab edilsə də, səbəb olduğu şərtləri nəzərə alsaq, həm də metabolik bir xəstəlikdir.
Hər bir insanın qanında müəyyən miqdarda sidik turşusu var. Normalda sidik turşusu qanda həll olur və böyrəklər vasitəsilə sidikdə ifraz olunur. Bununla birlikdə, bədən çox sidik turşusu istehsal edərsə, sidik turşusu kristalları meydana gələ bilər. Bu sidik turşusu kristalları oynağın içərisində,ətrafında yığılaraq oynaqlarda ağrıya, iltihaba və şişməyə səbəb ola bilər. Podaqra zamanı daha çox ayağın baş barmağını zədələyir,lakin əllərdə, biləklərdə və dizlərdə də baş verə bilər.
Simptomlar adi görünsə də ciddi fəsadlar verə bilər.
Podaqranın ən çox görünən simptomları bir və ya bir neçə oynaqda qəfil ağrı hücumlarıdır. Podaqranın digər əlamətləri aşağıdakıları əhatə edə bilər:
Şiddətli ağrı
Şişkinlik
Qızartı
Yanma hissi
Podaqra zədələdiyi yer, ayaq baş barmağı oynağıdır. Ayaq biləkləri, dizlər, əl biləkləri, barmaqlar və dirsəklər podaqra zamanə zədələnə bilən digər oynaqlardır. Kəskin qəfil başlayan ağrı o qədər güclü ola bilir ki, hətta barmağa yüngül toxunuş belə şiddətli ağrıya səbəb olur. Bu ağrılı hücumlar adətən dərmanla və ya dərmansız saatlar və ya günlər ərzində keçir. Nadir hallarda, həftələr çəkə bilər. Podaqra xəstəliyindən əziyyət çəkən insanların əksəriyyəti illər ərzində təkrarlanan podaqra simptomları ilə qarşılaşırlar.
Podaqra hücumları (tutmaları) ildə bir neçə dəfə baş verə bilər və bir neçə gün davam edə bilər. Bu hücumlar zamanı; Sidik turşusu kristalları qığırdaqda, bağlarda və yumşaq toxumalarda toplanaraq ,dəri altında “tofus”adlanan şişlər əmələ gətirir və yanaşı olaraq böyrəkləri də zədələyə bilər. Erkən aşkarlanma, müalicə və həyat tərzi dəyişiklikləri ilə Podaqra,artritin idarə oluna bilən formasıdır.
Nərminə həkim xüsusilə vurğuladı ki,bu xəstəliyi təbii yollarla müalicəsi də mümkündür.
Podaqra oynaqların xroniki iltihabi xəstəliyidir. Bu xəstəliyə oynaqlarda urat duzlarının yığılması səbəb olur. Ət və dəniz məhsullarının həddindən artıq istehlakı oynaqlarda güclü ağrı ilə özünü büruzə verən Podaqra xəstəliyinin yaranmasına səbəb olan əsas amillərindən biri hesab edilir. Bu səbəbdən Podaqra xəstəliyindən əziyyət çəkənlər purin baxımından zəngin olan qaraciyər, bulyonlar, dəniz məhsulları, eləcə də qulançar və ya noxud, lobya, mərcimək kimi paxlalılar, arpa lopaları, gül kələm, ispanaq və göbələk kimi qidalar, həmçinin fermentləşdirilmiş içkilər istehlak etməməlidirlər. Bu məhsulların oynaq ağrılarını artırdığı məlum olub. Podaqra sidik turşusu seviyyəsinin artması nəticəsində yarandığı üçün bu xəstəlikdən xilas olmaq istəyənlər sidik turşusu səviyyəsini aşağı salan qidalar qəbul etməlidirlər. Çünkü xəstəliyin müalicəsində dərmanlardan əlavə müəyyən qidalanma rejimi də böyük rol oynayır. Podaqra xəstəliyinin təbii yollarla müalicəsi üçün məsləhət görülən bəzi qidalar mövcuddur.Növbəti məqalədə bu məhsulların adlarını sizzə təqdim edəcəyik.
MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzi
TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95