sehiyye.info

Oynaqlarda ağrılar,səbəbləri və müalicəsi...Həkim məsləhəti

Oynaqlarda ağrılar,səbəbləri və müalicəsi...Həkim məsləhəti
Oynaqlarda ağrı (artralgiya), oynaqların iltihabı (artrit) ilə müşayiət olunur.Oynaqların iltihabı isə, qızdırma və şişkinliklə də müşahidə edilə bilər, oynaq bölgəsində dərinin qızartıları bir qədər az olur...
Sehiyye.info tanınmış həkim terapevt “MayoMed Medikal” Fizioterapiya və Reabilitasiya Mərkəzinin direktoru Nərminə Abbasovanın oynaq ağrılarının yaranma səbəbləri və müalicəsi barədə fikirlərini sizə çatdırır.
Oynaq ağrısı bədənin eyni zamanda bir və ya bir neçə sahəsində yarana bilər.
Bu xəstəliyə dəqiq diaqnoz qoymaq üçün çoxprofilli klinika və ən müasir standartlara cavab verən immunoloji laboratoriya vacibdir. Dəqiq diaqnozun qoyulması üçün bütün bu sahələrin mütəxəssisləri ilə birgə diaqnostika aparılmalıdır.
Nərminə xanım onu da qeyd etdi ki,Artrit bir və ya bir neçə oynağın ciddi iltihabi xəstəliyi sayılır, onun müalicə edilməməsi nəinki ağrı və hərəkətin məhdudlaşmasına, həm də əlillik və iş qabiliyyətinin itirilməsinə səbəb olur. Oynaqların tez-tez təkrarlanan ağır və yüngül travmaları, fiziki gərginlik və ya genetik irsiyyət xəstəliyin yaranma səbəbləri sırasına aid edilir. Bundan başqa artritin inkişafı virus və bakterial infeksiyaları, həddindən artıq soyuqlama, fiziki və psixi yüklənmə, hətta siqaretə aludəçilik də xəstəliyə səbəb ola bilər. Lakin xəstəliyin yaranma səbəbləri və inkişaf mexanizmləri indiyə qədər dəqiq öyrənilməyib.

Oynaqlarda ağrılar,səbəbləri və müalicəsi...Həkim məsləhəti
Səbəblərdən biri infeksiyalar sayılır.Bu xəstəlik qızdırma və intoksikasiya ilə gedən mərhələdə bilinir.Artralgiyanın infeksion forması üçün yuxarı və aşağı ətrafların oynaqlarında diskonfort,müxtəlif ağrılar və narahtedici əsəb gərginliyi yaradır.
Bəzi xəstəliklər də var ki, onların əlamətləri revmatik xəstəliklərlə uyğundur və həkimləri çaşdırır. Bunlar oynaqda ağrı, hərarətin artması, dəridə dəyişikliklər, titrəmələrdir. Bütün bu simptomlar revmatik xəstəliyi xatırladır. Lakin,burada da zaman faktoru və düzgün diaqnozun rolu əsasdır.
Bütün bu xəstəliklərin profilaktikası ancaq sanitar-gigiyena qaydalarına riayət edilməsi və kontrolsuz dərman preparatlarının qəbulunun qarşısını almaqdır. Bir sıra xəstəliklərlə bağlı problemlərin ən azından bir qisminin həlli əhali arasında sanitariya maarifləndirmə işlərinin aparılması ilk sırada dayanır.
Sonda,Nərminə Abbasova bildirdi ki, bu xəstəliyin qarşısının alınması üçün əhali ilə yanaşı, bəzi həkimlərimiz arasında da bir sıra maarifləndirmə işləri aparılmalıdır".
Müalyinə və müalicə üçün MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə müraciət edə bilərsiz.
Tel: (012) 464 86 93; 464 86 94; 464 86 95
Mob: (051) 866 02 20; (051) 567 66 96
Ünvan: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

Oynaqlarda ağrılar,səbəbləri və müalicəsi...Həkim məsləhəti
Oynaqlarda ağrılar,səbəbləri və müalicəsi...Həkim məsləhəti



REKLAM