sehiyye.info

Padaqra haqqında.Həkim məsləhəti.

Padaqra haqqında.Həkim məsləhəti.
Bəzi insanlarda ayaq barmaqlarının şişməsi və ya sümüklərin deformasiya olunması müşahidə olunur.Bu kimi xəstəlik padaqra adalanır.
Sehiyye.info tanınmış həkim terapevt Nərminə Abbasovanın fikirlərini sizə çatdırır:
Podaqra – sidikturşulu duzların oynaqlarda çöküntüyə uğraması nəticəsində əmələ gələn bir xəstəlikdir. Adətən maddələr mübadiləsi pozulduğu halda inkişaf edir. Bu xəstəlik cinsindən asılı olmayaraq hər kəsdə inkişaf edə bilər. Ən çox orta yaşı keçmiş insanlarda qeydə alınır.

Orqanizmdə podaqraya səbəb olan maddələr mübadiləsi problemi mövcud olduğu halda bütün oynaqlar podaqra hədəfinə çevrilir. Oynaqların birində çox, digərində isə nisbətən az miqdarda sidikturşulu duzlar toplanır.
Bu xəstəlik kişilərdə 40 yaşdan sonra, qadınlarda isə menopozdan sonra yaranır. Gut hücumunu proqnozlaşdırmaq çətindir. Birdən gəlir. Natrium monouratın kristallaşmasına hansı amil təsir edir, sonradan tofus ocaqlarının əmələ gəlməsi məlum deyil. Qanda sidik turşusunun konsentrasiyasının pozulması genetik olaraq müəyyən edilə və ya əldə edilə bilər.
Oynaqlarda ağrıların vaxtaşırı peyda olması əsas verir ki, ağrıyan oynaq və ya oynaqlar müayinə olunsun. Ağrıya səbəb podaqra olub-olmadığı müəyyənləşdirilsin. Çünki podaqranı xəstəlik dərinləşməmiş ətraf toxumalara nüfüz etməmiş müalicə etmək vacibdir. Əks təqdirdə fəsadları dərinləşmiş podaqranı müalicə etmək çətin olacaq və yaxud heç mümkün olmayacaq. Səbəbi oynaqların tamlığının pozulmasıdır ki, bərpa olunmur. Yalnız cərrahi müdaxilə nəticəsində vəziyyəti yüngülləşdirmək mümkündür.

Padaqra haqqında.Həkim məsləhəti.

Podaqra ağrıları adətən daha çox gecə və yaxud səhər saatlarında intensivləşir. Zədələnmiş oynaq şişir, nahiyədə temperatur qalxır, dəri qızarır və parıltılıq əmələ gəlir. Adətən gündüzlər ağrıların intensivliyi azalır, gecələr intensivləşir. Podaqra ağrıları vaxtaşırı kəskinləşir, 2-3 gün, bəzi hallarda 6-8 gün fasiləsiz davam edir. Nadir hallarda intensiv ağrılar 2-3 həftəyə qədər uzanır.

Podaqra hər dəfə kəskinləşdikdə daha geniş sahəni əhatə edir və tədricən oynaqların daha ciddi şəkildə zədələnməsinə səbəb olur.
Podaqraya səbəb olan əsas amillər:
həddindən artıq pivə və spirt istehlakı;
bir sıra dərmanların qəbulu (aspirin, tiazid diuretiklər, siklosporin);
yüksək miqdarda purin əsasları olan qidaların istifadəsi;
müntəzəm həddindən artıq yemək;
cərrahiyyə və orqan transplantasiyası;
qurğuşun zəhərlənməsi;
diabet, sedef, hipertoniya, böyrək çatışmazlığı, koroner ürək xəstəliyi.
Podaqra xəstəliyini oynaqlarda özünəməxsus şişlərin əmələ gəlməsi dizqnozu təsdiqləyir. Xəstəliyin kəskinləşməsi zamanı yaranmış şiş ağrılı olur və xəstəni ciddi narahat edir. Podaqra xəstəliyi xəstənin həyat tərzini dəyişə bilən bir xəstəlikdir. Bu səbəbdən müalicəsini yubatmaq olmaz.
MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzi
TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95

Padaqra haqqında.Həkim məsləhəti.



REKLAM