Günəş seks istəyi və keyfiyyətinə təsir edir
Günəşli ölkələrdə insanlar daha ehtiraslı olması fikrini alimlər bir daha subut ediblər.Belə ki,Oksford və Kembricdən olan mütəxəssislər İsveç və Britaniyadan olan 500 könüllünün iştirakı ilə araşdırma aparıblar və günəş vannasının seksin keyfiyyətini dəyişdirə biləcəyini müəyyən ediblər.
Cinsi istəklə nə baş verir?
Sehiyye.info xarici mətbuata istinadən xəbər verir ki,alimlərin araşdırmaları nəticəsində məlum olub ki, insan dərisinə daxil olan ultrabənövşəyi şüalar daxili sekresiya vəzilərinin fəaliyyətinə təsir edir və cinsi hormonların istehsalını stimullaşdırır. Bunun sayəsində libido artır. Günəş işığına məruz qalmaq həm kişilərin, həm də qadınların cinsi istəyini artırır. Üstəlik, günəş vannası qəbulunun müntəzəmliyi libidonun sabitliyinə təsir edir,
Bundan əlavə, ultrabənövşəyi şüalar insan orqanizmində adrenalin və oksitosin istehsalını artırır.