sehiyye.info

Saxta günəş eynəkləri taxmayın.Həkim oftalmoloq xəbərdar etdi.

Saxta günəş eynəkləri taxmayın.Həkim oftalmoloq xəbərdar etdi.
Yayın gəlişi ilə bağlı günəşin gözqamaşdırıcı işığına qarşı taxılan eynəklərin neç də hamısı keyfiyyətli deyil.
Ekspertlər saxta günəş eynəklərinə qarşı xəbərdar edirlər
Oftalmologiya Mütəxəssisi Dr. Sevda Hümmətova saxta günəş gözlülüklərinin qısa və uzun müddətli mənfiliklərə qarşı xəbərdarlıq edir.

Həkim ,gözlük seçimi göz sağlamlığı baxımından çox əhəmiyyətli olduğunu söylədi.

Yaxşı günəş eynəyi ultrabənövşəyi şüaları süzə bilməlidir.Günəş gözlüklərinin nəzərə alınması üçün ən vacib xüsusiyyəti, şüşə ultrabənövşəyi şüalarının tıxanma dərəcəsi olduğunu ifadə etməlidir.
Günəş eynəyi şüşələrinin rəngi əhəmiyyətli amildir. Şüşələrin ən yaxşısı duman və qəhvəyi rəngdə olanlardır. Gün eynəklərinin linzaları əsasən üç materialdan hazırlanır: şüşə, polikarbonat və akril plastik. Gözlükdəki şüşələrin ultrabənövşəyi şüaları əks etdirmə xüsusiyyətinə malik olması çox vacibdir. Bu tip şüaları əks etdirməyən eynək almaq tövsiyə edilmir. Küçə-bazarda satılan ucuz gözlüklərə meyl etməmək məsləhətdir. Gözlük alanda onun sertifikatına baxılmalıdır.
Saxta günəş eynəkləri taxmayın.Həkim oftalmoloq xəbərdar etdi.
Mütəxəssisin fikrincə, eynəyin şüşəsi cızılanda o, keyfiyyətini itirir. Belə ki, cızılmış yerlərdən ultrabənövşəyi şüalar gözə təsir edir. Buna görə də eynəyin şüşəsini zədələrdən qorumaq lazımdır. Şüşə tozlananda, çirklənəndə onu istənilən dəsmal və ya kağız parçası ilə silmək olar.
Sevda Hümmətova qeyd edir ki, eynək taxarkən ətraf mühit radikal şəkildə rəngini dəyişirsə, deməli, o saxta. Rəngli linzalı eynəklər şüanı dəqiq qəbul etməli olan peşə sahibləri, məsələn, sürücülər üçün problem yarada bilər. Adət halı almış rəng qammasının pozulması diqqəti yayındırır və gözləri tez yorur. Gün eynəklərinin linzalarını əsasən üç materialdan hazırlayırlar: şüşə, polikarbonat və akril plastikdən. Şüşədən hazırlanan gün eynəkləri təhlükəsizdir. Şüşə ultrabənövşəyi şüaları keçirmir. Son illər isə şüşə linzaları təkmilləşdirərək onları plastiklərlə əvəz etməyə başlayıblar. Çünki onlar daha asan əldə edilir. Amma plastik ultrabənövşəyi şüalara qarşı müdafiəsizdir



REKLAM