sehiyye.info

Günəş işığı niyə bizə lazımdır ? Həkim məsləhəti

Günəş işığı niyə bizə lazımdır ? Həkim məsləhəti

Allahın bizə verdiyi xoşbəxtliklərdən biri də respublikamızın günəşli olmasıdır.Bəziləri bunu dəyərləndirə bilmir.Lakin günəşin insan orqanizminə göstərdiyi müsbət təsiri barədə çoxları məlumatsızdır.
Sehiyye.info xəbər verir ki,bu barədə tanınmış həkim terapevt Nərminə Abbasova öz fikirlərini oxucularla bölüşür:
-Günəş işığının olmaması insana fiziki, zehni və emosional təsir göstərə bilər. Günəş çatışmazlığı bir başa bu xəstəliklərə təsir edir:
Ürək-damar,
endokrin,
immun və sinir sistemləri,
reproduktiv sahə,
əhval-ruhiyyə və bioritmlər,
dərinin, saçın və dırnaqların yenilənməsi və s.
Bundan əlavə, günəş çatışmazlığı D vitamini istehsalını pozur.
Günəş işığı niyə bizə lazımdır ? Həkim məsləhəti

D vitamini çatışmazlığı
Vitamin D sümük formalaşması və immunitet sistemi də daxil olmaqla sağlam bir bədəni qorumaq üçün vacibdir. Vitamin D günəş işığınını insana düşməsindən əmələ gəlir. Günəş çatışmazlığı D vitamini çatışmazlığına səbəb ola bilər.Şimal bölgələrində yaşayan tünd dərili insanlar D vitamini çatışmazlığına ən çox həssasdırlar.İslandiya,Finlandiya, Norveç və İsveçin şimal bölgələrində D vitaminini insanlar apteklərdən alıb içir.Hətta bəzi yerlərdə günəşi aylarla görmək olmur.
Vitamin D çatışmazlığı isə bu xəstəliklərə səbəb ola bilər:

- əzələ və oynaq ağrıları;

- infarkt, insult, ürək çatışmazlığı, dağınıq skleroz hallarının artması;

- kolon, prostat, döş xərçəngi inkişaf riskinin artması;

- kökəlmək;

- yuxunun pozulması;

- mövsümi depressiyanın inkişafı və s.
Azərbaycanda bu xəstəliklərin az olması məhz günəş enerjisinin bol olması ilə bağlıdır.Bu xəstəliklər – Parkinson,demans və dağınıq sklerozdur.
Ümumi gündə 30-60 dəqiqə açıq havada,günəş altında keçirənlərin dağınıq skleroz xəstəliyinə tutulma ehtimalı 52% azdır.

Alimlər belə qənaətə gəliblər ki, günəş işığı dağınıq skleroz ,demanş ,parkinson xəstəliyi və başqaları kimi digər autoimmun xəstəliklərin inkişafının əla qarşısının alınmasıdır. Üstəlik, həyatın ilk ilində günəşə aktiv məruz qalma, sonrakı yaşlarda xəstəliyin inkişafından qoruyur.
Nərminə həkim məsləhət gördü ki,yay aylarında dəniz qırağında qumda günəş enerjisi qəbul etmək,gün altında qaralmaq insanın immun sistemini gücləndirir.
Təbii ki, günəş işığının müalicəvi təsiri çoxdur. O, maddələr mübadiləsini gücləndirir, daxili sekresiya vəzilərinin və qan dövranı sisteminin fəaliyyətini yaxşılaşdırır, orqanizmdə hemoglobinin miqdarını artırır və daha çox insan orqanizmi üçün faydalıdır.Lakin elə xəstələr var ki,onlara günəş altında gəzmək belə təhlükəlidir.
Günəş dermatiti və ya fotodermatit,
günəş allergiyası,
günəş ürtikeri,
günəşli (yay) pruriqo (prurigo),
porfiriya və ya porfirin xəstəliyi,
aktinik keratoz,
polimorf fotodermatoz və ya yaz-yay fotodermatiti və s
Bu xəstəliklərin xüsusiyyətləıri barədə gələn dəfə məlumat verərik.



REKLAM