sehiyye.info

Günəş şüasının koronavirusa necə təsir etdiyi izah olundu

Günəş şüasının koronavirusa necə təsir etdiyi izah olundu
Parlaq günəş işığı kalsium mübadiləsində iştirak edən, bədxassəli yenitörəmələrdən qoruyan və immunitet sistemini gücləndirən “D” vitamininin istehsalını stimullaşdırır.

Lenta.ru-nun məlumatına görə, bu barədə Rusiya Səhiyyə Nazirliyinin baş epidemioloqu Nikolay Briko deyib.

Onun sözlərinə görə, isti hava (onunla da birlikdə ultrabənövşəyi şüalar) virusa, o cümlədən də COVID-19-a neqativ təsir edir.

“Yayda virusun fəallığı azalır, ultrabənövşəyi şüa ona məhvedici təsir göstərir”, - deyə Briko sözlərini yekunlaşdırıb.Oxu.az



REKLAM