sehiyye.info

Necə edək ki,Novruzda kökəlməyək.Həkim məsləhəti

Necə edək ki,Novruzda kökəlməyək.Həkim məsləhəti
Bildiyiniz kimi Azərbaycanda Novruz bayramı qeyd olunur.
Süfrələrə ən kalorili dadlı təamlar düzülüb.Yan keçmək mümkün deyil.
Bəs necə edək ki,bu bir həftə ərzində kökəlməyək.
Sehiyye.info bu barədə tanınmış həkim terapevt Nərminə Abbasovanın fikirlərini sizə çatdırırır:
Azərbaycan mətbəxi zəngin olduğu üçün süfrələrimizdə dadlı yeməklərlə bərabər müxtəlif şirniyyatlar,çərəzlər və s.görmək olar.Təbii ki,el adətimizə görə Novruz bayramında süfrəmiz nə qədər zəngin olsa,bütün ili belə olacaq -deyirlər.
Lakin bu bir həftə ərzində həddindən artıq kalori qəbul edirik.Çünki yemək və şirniyyat.şəkərbura,paxlava,hələ üstəlik qoz fındıq...
Bəs necə edək ki,artıq çəki almayaq.

Necə edək ki,Novruzda kökəlməyək.Həkim məsləhəti

Bunun üçün biraz özünüzü tox tutun.Yeməkdən dərhal sonra şirniyyat yeməyin.Gəzintiyə çıxın.Evdə oturduqca yeməyə meylli olacaqsız.
Əlbəttə orucluq ayında pəhriz saxlayanlar,oruc tutanlar da az deyil.
Sadəcə bildirmək istəyirəm ki,artıq çəki yığmamaq üçün az-az yemək lazımdır,bütün yeməkləri süfrəyə qoymayın.
Bundan əlavə səhər yeməyi mütləqdir.Səhəryeməyindən sonra nahara kii bəs edir.Yeməyi kiçik qablarda çəkin və süfrədən doymamış durun.
Çərəz yemək istəsəniz 3-4 ədəd qoz fındıq kifayət edər.
Nərminə həkim sonda daha bir neçə vacib məsələni qeyd etdi.Onun sözlərinə görə,bütün bunlara rəğmən yağların keyfiyyətli olması,alkoqoldan az istifadə edilməsi və yemək zamanı baş qarışdıran televiziya verilişləri və smartfonda sosial şəbəkələri izləməməyi tövsiyyə etdi.
Çünki bu zaman özün də bilmədən həddən artıq qida qəbul edilir.



REKLAM