sehiyye.info

Ramazandan sonra necə qidalanaq ki,kökəlməyək...Həkim məsləhəti

Ramazandan sonra necə qidalanaq ki,kökəlməyək...Həkim məsləhəti
Ramazan ayı bitdikdən sonra oruc tutan şəxslər əvvəlki qidalanmaya qayıdır. Bir ay ərzində fərqli rejimə uyğunlaşan orqanizmdə normal qidalanmaya dönən zaman bəzi narahatlıqlar baş verə bilər.
Sehiyye.info xəbər verir ki,bu barədə tanınmış həkim terapevt Nərminə Abbasova öz fikirlərini oxuculara çatdırır:
Ramazandan sonra oruc tutan şəxslər normal qidalanma rejiminə qayıdıb. Oruc tutan şəxslər günün böyük hissəsi ac qalıb, daha sonra iki dəfə qidalandığı üçün bağırsaq və həzm sistemində dəyişikliklər olur, balanssız bəslənmə maddələr mübadiləsinin sürətini azaldır.
Bu səbəbdən orqanizmi birdən-birə yağlı və şirin qidalarla yükləmək olmaz.
Səhər yeməklərində yüngül qidalardan istifadə etmək, ağır yeməklərdən isə çəkinmək lazımdır.
"Səhər yeməyində az yağ, az duzlu pendir, yumurtadan hazırlanmış omletlərdən istifadə etmək olar. Gün ərzində iki yemək vaxtı arasında da qida qəbulu vacibdir. Bu, meyvə, bir stəkan qatıq, əgər laktoza qarşı dözümsüzlük yoxdursa, süd ola bilər. Günorta daha çox tərəvəz yeməklərinə üstünlük verilməsi tövsiyə edilir. Axşam yeməklərində ət tərkibli yeməklərin olması vacibdir. Bu dövrdə mümkün qədər karbohidrat ağırlıqlı, şəkəri çox olan qidalardan istifadə edilməməlidir. Çünki şəkərli qidalar anidən qandakı insulini yüksəldir. Bununla yanaşı, axşam yeməyi gecə yatmazdan azı 4 saat əvvəl bitirmək lazımdır. Yatmazdan öncə yaşıl çay, çobanyastığı çayı, bitki çaylardan istifadə edə bilərlər. İlıq süd və ya su içmək olar".
Ramazandan sonra necə qidalanaq ki,kökəlməyək...Həkim məsləhəti
"Zəifləmiş metabolizma ilə normal qidalanmaya keçmək, oruc tutan şəxslərdə çəki artımına səbəb ola bilir. Çəki artımı olmasın deyə gün ərzindən 2.5-3 litr maye qəbul etmək lazımdır. Səhər qidalanmaya ilıq su ilə başlamaq olar. Bu həm həzm sisteminə kömək edir, həm də insanların özlərini daha yüngül hiss etmələrinə, köp şikayətinin olmamasına şərait yaradır".
Bayramda yağlı qidalar və kabab növlərini yeyənləri isə ciddi çəki artımı və həzm problemi gözləyir. Bunun qarşısını almaq üçün ət yeməklərini minimuma endirmək, meyvə-tərəvəzlərə və salata daha çox yer verilməlidir. Şirniyyatı isə qida rasionundan ya çıxarmaq, ya da miqdarını azaltmaq lazımdır.

“Birdən-birə çox yemək və yaxud ağır yemək mədə-bağırsaq sisteminə çox böyük ziyan vurur. Ramazandan sonrakı ilk günlərdə az-az porsiyalarla və tez-tez yeməyə başlamaq, xüsusilə yuxu rejiminə fikir vermək lazımdır. Ramazan ayından sonra ən azı sutkada 7 saat yatmaq da mühüm məsələlərdən biridir”.
Sonda həkim Nərminə Abbasova qeyd etdi ki,“Birdən-birə yağlı, turş qidaları qəbul etmək düzgün deyil. Çünki həmin qidalar orqanizmdəki maye balansını pozur. Bu da gələcəkdə oynaqlarda problemin yaranmasına və yüksək təzyiqə səbəb ola bilər. Ramazandan sonra bağırsaqlarda və həzm sistemində problemin olmaması üçün mümkün qədər az qızardılmış və yüngül bişmiş qidalar istehlak etməliyik. Həmçinin meyvə qurusuna üstünlük vermək lazımdır ki, oruc tutarkən itirilmiş vitaminlər bərpa olunsun. Ramazandan sonra əgər, sağlamlıq problemi ortaya çıxsa, ilk növbədə qidalanma intervallarına diqqət etməli və yuxu rejimini normaya salmalıyıq”.
"Az yeyin,sağlam olun"



REKLAM