sehiyye.info

Bayram günləri nə yaməliyik ki,kökəlməyək.Həkim məsləhəti

Bayram günləri nə yaməliyik ki,kökəlməyək.Həkim məsləhəti
Yeni il gəldi.Bu da bayram...
Hər bayramda masalarımız müxtəlif dadlı yeməklərlə bəzədilir.Belə gözəl gündə gözəl yeməklərdən necə yeməyəsən axı...
Yalnız bircə problem var,artıq çəki yığmaq.
Necə edək ki,bu bir neçə bayram tətillərində yeyib kökəlməyək.
Bu barədə Sehiyye.infonun suallarını tanınmış həkim terapevt Nərminə Abbasova cavablandırdı:

Qarşıda xalqımızı bir neçə gün yeni il tətilləri gözləyir. Bu günlərdə bir çox ailələrin sevimli yeməkləri ilə bayram süfrəsi açılır. Ancaq bu dövrdə bir çoxları əlavə çəki qazanma riski daşıyır. Kökəlməmək üçün nə qədər yeyə bilərik və çox kalorini necə yandıraq ki,kökəlməyək.
Statistikaya görə, Yeni il tətillərində orta azərbaycanlı üç-dörd kiloqram çəki qazanır. Onlardan qurtulmaq üçün bir ay və ya daha çox vaxt lazımdır. Arıqlamaq heç də asan proses deyil. Bayramdan əvvəl və bayram zamanı fiqurunuzu saxlamaq üçün sadə qaydalara əməl edə bilərsiniz.
Dekabrın 31-də hazırlananı yeməmək qaydasından əl çəkin, yanvarın 1-də “yeyin, yoxsa xarab olar, boşuna bişirməmişəm”. Ən ləzzətli yeməyi orta ölçüdə hazırlayın.
Daha çox əylənin,gəzin idman edin.
Bayram günləri nə yaməliyik ki,kökəlməyək.Həkim məsləhəti
Yeni il bayramları zamanı insanlar heç bir şey etmədikləri üçün çox yemək yeyirlər. Tətil üçün əyləncə ilə gəlin: oyunlar, müsabiqələr, mahnılar, rəqslər, qonaqlar, gəzintilər və slaydlar. Bayramınızı aktiv istirahətlə rəngləndirin! Beləliklə, axşam daha maraqlı olacaq və çox yeməyəcəksiniz.
Masadan çörəyi çıxarın və şirniyyatları 1 yanvar səhərinə buraxın - bu da çəkinizi qorumağa kömək edəcək.

Unutmayın ki, min söz konfetdən dəyərlidir.Şirniyyatları da yığışdırın.Ailənizlə,qohumlarınızla xoş söhbətlər edin.
Bəli, biz Yeni il süfrəsində toplaşırıq, amma əsas odur ki, yemək deyil, yaxınlıqdakı insanlar, onların istiliyi və müsbət emosiyaları!
Onu da bilin ki,bayramlar bizləri övladlarımızla,qohumlarımızla,dostlarımızla yaxınlaşdırır.Aylarla üzünü görə bilmədiyimiz və ya doyunca söhbət edə bilmədiyimizlələ bir süfrə arxasında otururuq və kifayət qədər danışırıq.
Həkim Nərminə Abbasov a yeni ilin əjdaha ili olduğundan menyunun da fərqli olması barədə dedi.
Yaşıl Əjdahanı sevindirmək və onun lütfünü təmin etmək üçün bir neçə sadə qaydaya riayət etmək vacibdir:

Bayram menyusunda müxtəliflik:
Təzə meyvə dilimləri boşqablarda gözəl təqdim olunmalı.
Yeməklərdə təzə göyərtilərin olması.
Ət yeməkləri ətin yağsız hissələrindən ən yaxşı şəkildə hazırlanır. Siz quş əti, mal əti, qoyun ətindən istifadə edə bilərsiniz bu seçim adətən əjdahanı sevindirir.
Həddindən artıq yemək və ağırlıq hiss etməmək üçün çox kalorili olmayan yeməklər və qəlyanaltılar etmək daha yaxşıdır.
Konservləşdirilmiş qidalardan, yarımfabrikatlardan və hisə verilmiş kolbasalardan imtina etməlisiniz. Əjdaha hər şeyi təzə sevir, buna görə də Yeni il süfrəsində tərəvəz və meyvələrdən məmnun olacaq.Elə sizin də artıq çəki yığmamanız üçün meyvə tərəvəz yaxşıdır.
Sonda Nərminə xanım “Mayomed” Tibb Mərkəzi kollektivi adından xalqımızı Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibətilə təbrik etdi.



REKLAM