Novruz bayramında neçə gün evdə olacağıq?
Sehiyye.info xəbər verir ki,martın 20, 21, 22, 23, 24-ü Azərbaycanda Novruz Bayramı qeyd ediləcək.
Nazirlər Kabinetinin qərarına əsasən, martın 20-si və 21-i şənbə və bazar günlərinə təsadüf etdiyi üçün müvafiq olaraq martın 25-i və 26-sı qeyri-iş günləri hesab edilir.
Martın 27-si və 28-i isə həftəsonuna təsadüf edir.
Ümumilikdə isə mart ayı ərzində həftəsonları ilə birlikdə 14 gün istirahət günü olacaq.