sehiyye.info

Marketlərdə “təbii yağ” adı ilə satılan ZƏHƏR: Nələrə diqqət etməliyik? – Ekspert DANIŞDI

Marketlərdə “təbii yağ” adı ilə satılan ZƏHƏR: Nələrə diqqət etməliyik? – Ekspert DANIŞDI
Son zamanlar tüğyan edən xəstəliklər və insanların kütləvi şəkildə bu xəstəliklərə yoluxması istehlak etdiyi qidadan da asılıdır. Qidadan zəhərlənmə və xəstəliyə yoluxma halları artır. Qidalanma üzrə mütəxəssislərin fikrincə, hər bir insan gün ərzində ən azı 100 qram yağ qəbul etməlidir. Standartlara görə, kərə yağı 3 dərəcədən aşağı temperaturda maksimum 1 ay saxlana bilər. Amma mağazalarda aylarla satışda olan açıq kərə yağları var. Hazırda təbii kərə yağını müəyyən etmək çox çətindir.

Maraqlıdır, görəsən, yağ alarkən nəyə diqqət etməliyik? Zərərli yağların orqanizmə hansı təsirləri var?

Sehiyye.info xəbər verir ki,məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Lent.az-a açıqlamasında bildirib ki, kərə yağı seqmenti sahəsində problemlər var. Onun sözlərinə görə, istehlakçılar elə bilirlər ki qablaşdırılmanın üzərinə “təbii yağ” yazılıbsa, həmin yağ kərə yağı deməkdir:

“Halbuki həmin yağlar doymuş yağlar hesab olunur. “Kərə yağı” adı ilə əhaliyə satılan yağların əksər hissəsinin tərkibi orqanizm üçün zərərlidir Bu cür yağlar çox təhlükəlidir. Çünki insanın qan-damar sistemində çöküntülər yaradır. Ona görə də Azərbaycan istehlakçıları ürək-damar xəstəliklərindən əziyyət çəkir. Mağazadan kərə yağı alarkən onu sıxmaq lazımdır. Hansı daha bərkdirsə, deməli bu daha yaxşı kərə yağıdır. Kərə yağını kəsəndə əzilib tökülür. Tərkibi müxtəlif rəngli olmamalıdır. Bunu yağları kəsən zaman görmək mümkündür. Belə yağlarda qatlar və rəng dəyişiklikləri müşahidə edilir. Əlbəttə ki, xarici ölkələrdən də Azərbaycana təbii kərə yağları gəlir. Bununla belə yerli bazarda yağlarla bağlı çox ciddi problemlər var. Bəzən mağazalarda qiyməti 2 manat göstərilən "kərə" yağları satılır və bu yağın üzərinə "Moskva" və ya "Rusiya" yazılıb. Ən adi məntiqə əsaslansaq məlum olar ki, həmin qiymət bu məhsulun Rusiyadan idxalına çəkilən rəsmi və qeyri-rəsmi xərci güclə ödəyər”.



REKLAM