sehiyye.info

Həkimdən xəbərdarlıq: İsti hava bu yaş qrupları üçün çox təhlükəlidir

Həkimdən xəbərdarlıq: İsti hava bu yaş qrupları üçün çox təhlükəlidir
Yay fəslinin özünəməxsus xüsusiyyətlərindən biri də yüksək temperaturlu hava şəraitidir. Lakin hazırkı istilər əvvəlki istilərə bənzəmir. Belə ki, 2023-cü ilin iyul ayı qlobal miqyasda “ən isti ay” kimi qeydə alınıb. İyul ayında qlobal hava və okean səthinin temperaturlarının bütün zamanların rekordlarını qırdığının şahidi olduq. Bəs isti havalar insan sağlamlığına necə təsir göstərir?

Sehiyye.info xəbər verir ki,Publika.az-a danışan həkim-terapevt Abbasova Sevinc bildirib ki, isti hava daha çox uşaqlara və 60 yaşından yuxarı insanlara mənfi təsir göstərir:

“Xüsusən də, onlarda immunitetin zəif olduğunu nəzərə alsaq, bu hal özünü müxtəlif əlamətlərlə büruzə verir. Baş ağrısı, ürəkbulanma, qarın ağrısı günvurmanın əlamətlərindən ola bilər. Günvurma ürək-damar xəstəlikləri və xroniki xəstəlikləri olan insanlara da mənfi təsir göstərir. Yaşlı nəsildə və uşaqlarda dehidratasiya, yəni susuzluq nəticəsində günvurma özünü daha çox büruzə verə bilir. Bədən orqanizm susuzlaşır və müxtəlif xəstəliklərin şiddətlənməsinə səbəb olur”.



Terapevtin sözlərinə görə, günvurmanın ən təhlükəli vaxtları səhər saat 11-dən axşam 5-ə qədər olur:

“Bu saatlarda xroniki xəstəliyi olanların və yaşlıların Günəş şüalarının altında qalması tövsiyə olunmur. Dənizə getmək üçün ən uyğun vaxt səhər saat 7-dən 11-ə, bir də günorta 5-dən axşam 9-a qədər olan saatlardır”.



O bildirib ki, bəzi peşələr var ki, isti havalarda orada çalışmaq təhlükəlidir:

“Məsələn, poladəritmə sexləri və s. kimi yerlərdə çalışmaq təhlükəli ola bilər. Ona görə də, təhlükəsizlik qaydalarına riayət olunmalıdır və çoxlu maye qəbul edilməlidir. İnşaatda çalışanlar üçün də isti havalar çox təhlükəlidir . 40 dərəcə istidə günün altında işləmək düzgün deyil. Gün ərzində temperatur yüksək olan saatlarda sərin və kölgə olan yerdə olmaq, maye qəbul etmək lazımdır”.



REKLAM