sehiyye.info

İstidə ürəyi qorumağa nə kömək edir?

İstidə ürəyi qorumağa nə kömək edir?
Ürəyi zəif olan insanlar isti yay havalarında xüsusilə diqqətli olmalıdırlar - yüksək hava temperaturu təhlükəli ürək-damar xəstəliklərinin tətikçisi ola bilər.

Sehiyye.info lent.az-a istinadən bildirir ki, bu barədə həkim kardioloq Anna Davıdova xəbərdarlıq edib.

"İstidə gündüz saat 12-dən 17-yə qədər çölə çıxmamalı, həm də otağı havalandırmalısınız", - mütəxəssis tövsiyə edib.

Kardioloq qeyd edib ki, adətən iyun ayında baş verən intensiv yay istisinin ilk dalğasına orqanizm ən pis dözümlüdür, bu, xüsusən də risk qrupuna daxil olan insanlara (65 yaşdan yuxarı və ya xroniki xəstəlikləri olanlara) aiddir.

"İsti hava üçün susuzlaşma, işemik insult, aritmiya, hipotenziya, kəskin miokard infarktı, ürək çatışmazlığının inkişafı və kəskin böyrək çatışmazlığı kimi problemlər xarakterikdir", - Anna Davıdova xəbərdarlıq edib.

Kardioloq ürək problemi olanlara xatırladıb ki, əgər həkim dərman müalicəsi təyin edərsə, onu özünüz ləğv edə bilməzsiniz. Əlinizdə yazılmış dərmanlar olmalıdır, onları həkimin hesabladığı sxemə uyğun olaraq qəbul edin. Ancaq qan təzyiqində nəzərəçarpacaq dərəcədə azalma olduğu hallarda dərhal həkimə müraciət etmək lazımdır.

Bundan əlavə, kardioloq isti hava zamanı daha yüngül pəhriz saxlamağı məsləhət görür, lazımi miqdarda su haqqında unutmayın. İsti və ədviyyatlı yeməklər yeməmək daha yaxşıdır.



REKLAM