sehiyye.info

Könül Ələkbərovun qərarı etirazla qarşılandı - Baş həkim başqa yerə göndərildi

Könül Ələkbərovun qərarı etirazla qarşılandı - Baş həkim başqa yerə göndərildi
"Kliniki Tibbi Mərkəz” (Semaşko) publik hüquqi şəxsin tabeliyində olan 5 nömrəli Kliniki Doğum Evi ləğv edilə bilər.

Arasdırma.info xəbər verir ki,Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bu barədə Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov qərar qəbul etsə də, doğum evinin kollektivi tərəfindən etirazla qarşılanıb.

Könül Ələkbərovun qərarı etirazla qarşılandı - Baş həkim başqa yerə göndərildi
Könül Ələkbərov

Narazı tibb işçiləri Könül Ələkbərovun qərarından Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəhbərliyinə və digər dövlət qurumlarına da müraciət ediblər.

Əvvəlcə qərar qəbul edilib ki, sözügedən doğum evi ləğv ediləcəksə, kollektiv yaxınlıqdakı xəstəxanalarda və yaxud Kliniki Tibbi Mərkəzin özündə fəaliyyət göstərsinlər. Daha sonra bu qərarın icrası müvəqqəti olaraq dayandırılıb.



Kollektivin Könül Ələkbərovun qərarına etirazından sonra 5 saylı Doğum Evi ilkin tibbi yardım müəssisəsi kimi fəaliyyətini davam etdirir. Ağır xəstələr isə Kliniki Tibbi Mərkəzə göndərilir.

Könül Ələkbərovun qərarı etirazla qarşılandı - Baş həkim başqa yerə göndərildi
Vəfa Hüseynzadə

Ötən ilin yanvar ayında 5 saylı Doğum Evinin baş həkimi Xədicə Əhmədova vəzifəsindən azad edilib və yerinə tibb üzrə fəlsəfə doktoru, mama-ginekoloq Hüseynzadə Vəfa Oruc qızı təyin edilib. Bir müddət əvvəl isə Vəfa Hüseynzadə Qara Qarayevdə yerləşən 7 nömrəli Doğum Evinə baş həkim göndərilib. 5 saylı Doğum Evinə isə rəhbərliyi Könül Ələkbərov özü həyata keçirir.



REKLAM