Bu il ilansancma ilə əlaqədar Kliniki Tibbi Mərkəzə 58 müraciət edilib
Yay mövsümündə ilanlar və həşərat sancması ilə əlaqədar çoxlu müraciətlər olur. Bu il apreldən bəri ilansancma ilə əlaqədar Bakı şəhər Kliniki Tibbi Mərkəzə 58 zərərçəkən, o cümlədən 8 uşaq müraciət edib və onların hamısına zərdab vurulub, həkim müalicəsi göstərilərək evə buraxılıb.
Sehiyye.info xəbər verir ki, bu barədə Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov məlumat verib.
Onun dediyinə görə, bu il şöbəyə qara əqrəb sancması ilə əlaqədar 2, sarı əqrəb sancması ilə əlaqədar 1 müraciət olub. Dərman zəhərlənmələri ilə əlaqədar isə 52 nəfər xəstəxanaya gətirilib və onların hamısına tibbi yardım göstərilərək sağlam vəziyyətdə evə yazılıb.//Azertac