sehiyye.info

Bakı-Sumqayıt yolunda baş verən avtoqəzada xəsarət alan üç qadın Kliniki Tibbi Mərkəzə yerləşdirilib

Bakı-Sumqayıt yolunda baş verən avtoqəzada xəsarət alan üç qadın Kliniki Tibbi Mərkəzə yerləşdirilib
Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, avtoqəza ilə əlaqədar Təcili Tibbi Yardıma çağırış saat 13:47-də daxil olub. Hadisə yerinə təcili yardım briqadaları yollanıb.

Məlumata görə, qəza nəticəsində xəsarət alan üç qadın Kliniki Tibbi Mərkəzə gətirilib. Hazırda onların müalicələri davam edir və vəziyyətləri orta ağır qiymətləndirilir.

Hadisə şahidləri həkimlərə qəza zamanı xəsarət alan digər şəxslərin də olduğunu bildiriblər. Həmin şəxslər yoldan keçən avtomobillərə əyləşərək tibb müəssisələrinə müraciət ediblər. Bu səbəbdən də yaralıların sayı hələlik dəqiq bilinmir.

Tibb müəssisələrindən məlumat daxil olduqca ictimaiyyətə xəbər veriləcək.



REKLAM