sehiyye.info

Solaxaylığı dəyişmək lazımdırmı ? Həkim məsləhəti

Solaxaylığı dəyişmək lazımdırmı ? Həkim məsləhəti
Cəmiyyətdə solaxay insanların sayı az deyil.Onlar daha incə və sənətkar insanlardan sayılır.
Uzun illərdir ki, solaxay insanlar sağ əllilərdən daha yaradıcı və təxəyyüllü olduqlarını iddia edirlər.
Bu belədirmi?
Sehiyye.info xəbər verir ki,bu barədə tanınmış həkim terapevt Nərminə Abbasova maraqlı fikirlər söyləyib.
Əslində, bəli, ən azı sol əlindən daha çox istifadə edənlər daha çox inkişaf etmiş divergent düşüncəyə malikdirlər (bu, eyni anda bir neçə həll yolu yaratmağa imkan verən düşüncə növüdür).

Bundan əlavə, sənət, musiqi və ədəbiyyatda daha uğurlu karyera quranlar solaxaylardır.
Hamı kimi adi insan olan solaxaylar çox vaxt başqalarının diqqətini özlərində toplamağı bacarırlar. Çoxları sol əllə iş görə bilmədiyi halda onlar sol əllə sürətlə yazır, yemək yeyir və ümumilikdə sol əlsiz heç bir iş görə bilmirlər.

Solaxaylığı dəyişmək lazımdırmı ? Həkim məsləhəti
Statistikaya görə, Azərbaycanda əhalinin 8 faizi solaxaydır. Nərminə Abbasova deyir ki, solaxaylıq əvvəllər heç də xoşagələn hal kimi qəbul edilməsə də, indi buna adi baxılır: "Solaxaylar çox aqressiv olurlar və onlar çalışdıqları fəaliyyət sahəsində və eşitdiklərinə tez reaksiya verirlər. Hansısa fikir və hadisəyə tez reaksiya verməkdə onlar başqalarına nisbətən üstün olurlar. Onların bir üstün cəhəti də ondan ibarətdir ki, sağ əl zədələndikdə sol əldən istifadə edə bilirlər, sol əl zədələndikdə solaxay olduqlarına baxmayaraq sağ əldən rahatlıqla istifadə edə bilirlər".



"Bəzən gənc analar müxtəlif yollarla uşaqları solaxaylıqdan çəkindirməyə çalışırlar. Uşaq solaxaydırsa, onu sağa keçirmək onun bütün vərdişlərini dəyişir və onu daha aqressiv edir. Ona görə də uşaq solaxaydırsa, onu dəyişməyə çalışmamaq məsləhətdir",- deyə həkim-terapevt bildirib.

Mütəxəssislərin araşdırmalarına görə, solaxayların sayının artması cəmiyyətin intellektual səviyyəsinin yüksəlməsi və hətta riyaziyyat, incəsənət və idman sahəsində əsl dahilərin yaranmasına gətirib çıxara bilər. Ona görə də solaxay olanlar bunu özlərinə kompleks etməməli və uğura doğru daim irəliləməlidirlər.
Solaxay uşaqları SSRİ-də dəyişib sağ əl ilə yazmağı öyrədirdilər, Çində indi də bunu edirlər. Ancaq bunu etmək arzuolunmazdır. İnsanlar sadəcə fərqli doğulmurlar. Yenidən öyrədilmiş solaxay, dominant əli olmayacağı ilə qarşılaşa bilər. Bundan əlavə, məcburi təkrar təhsil depressiya və nevroz kimi psixoloji problemlərə səbəb ola bilər. Burada başa düşməlisiniz ki,əllərinizi yenidən məşq edərək dəyişə bilərsiniz, lakin beyinin aparıcı yarımkürəsi eyni qalacaq.

MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzi
TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95



REKLAM