sehiyye.info

Niyə bəzi adamlar solaxaydır?

Niyə bəzi adamlar solaxaydır?
Solaxay uşaqların valideynlərini bu, çox vaxt narahat edir, amma kimsə onlara deyəndə ki, bu “qü suru” islah etməyə heç cəhd göstərməməlidirlər, yaman təəccüblənirlər.
Sehiyye.info xəbər verir ki, bu sahədə mötəbər sayılan insanlar deyir ki, əgər sol əlin sağ əl üzərində aşkar üstünlüyü varsa və insan sol əlini rahatca idarə edirsə, buna mane olmağa dəyməz. Əhalinin 4%-ə yaxını solaxaydır. Əgər tarixə nəzər salsaq, görəcəyik ki, görkəmli insanların çoxu solaxay olub, məsələn, məni bütün zamanların ən dahi heykəltəraşı Leonardo da Vinçi, Mikelancelo...

Təbii ki, biz sağ əli daha işlək olan adamların cəmiyyətində yaşayırıq və istifadə etdiyimiz əşyaların çoxu məhz belə insanlar üçün düzəldilib. Qapı dəstəkləri, qıfıllar, vintburanlar, avtomobil lər, müsiqi alətləri və hətta geyimlərdəki düymələr... Belə vəziyyət solaxaylar üçün xüsusi qurğuların yaranmasına gətirib çıxarır. Amma solaxaylar çox vaxt elə belə də keçinməyə öyrəşirlər.

İnsanlar əksəriyyətinin niyə sağ əli işlək olmasının və adamlarım kiçik bir qisminin solaxay olmasının ağlabatan, hamı tərəfindən qəbul edilən bir izahı yoxdur. Bu haqda nəzəriyyələrdən biri bundan ibarətdir ki, bizim bədənimiz asimmetrikdir, yəni sağ tərəf sol tərəfi heç vaxt tam dəqiqliyi ilə təkrar etmir. Üzün sağ tərəfi sol tərəfindən bir balaca fərqlənir, ayaqlarımızdan biri digərindən azacıq uzundur, pəncələrimiz biri digərindən iridir. Və belə bir asimmetriya bütün bədənimiz üçün xasdır.

Bizim beynimizin sağ və sol yarımkürələri də müxtəlif cür işləyir, Belə bir əminlik var ki, sol yarımkürə sağ yarımkürə üzərində həmişə dominantlıq edir.

Sinirlər hər yarımkürəni bədənin əks tərəfi ilə bağlayır: sağ yarımkürə bədənin sol tərəfiylə əlaqəlidir, sol yarımkürə isə əksinə, sağ tərəfi ilə.

Beyinin sol yarısı üstün işləyirsə, onda bədənin sağ tərəfi də təbii ki, daha mükəmməl, müxtəlif işlər üçün daha uyğunlaşmış olur. Biz sol yarımkürənin köməyiylə oxuyub-yazır, danışırıq. Adamla rin əksəriyyətinin sağ əllə işləməsinin izahı da bundadır. Solaxaylarda isə vəziyyət dəyişir, yəni beyinin sağ yarımkürəsi sol üzərində dominant olur, deməli, belə adamlar bədənlərinin sol tərəfini daha yaxşı idarə edirlər.


//azport



REKLAM