sehiyye.info

Epilepsiya xəstələri maşın idarə edə bilər?

Epilepsiya xəstələri maşın idarə edə bilər?
Epilepsiya haqqında: əlamətləri, müasir müalicəsi, xəstənin sükan arxasında olması...


Bir çox insanlar "epilepsiya" deyəndə güclü qıcolma tutması və ağızdan köpük gəlməsini təsəvvür edir. Bu xəstəlik
kinolarda belə göstərilir. Əsində isə epilepsiyanın xarakteri və ağırlığına görə çoxsaylı əlamətləri var.

Dünya əhalisinin bir faizindən az olmayaraq hissəsi epilepsiyadan əziyyət çəkir. Bu xəstəlik müxtəlif tiplərə bölünür və müxtəlif ağırlıq dərəcəsinə malikdir.

Epilepsiyanın əsasında neyronların bir hissəsi və ya bütöv beynin patoloji elektrik boşalması dayanır, bu da intellektin, duyğu orqanları və davranışın qeyri-adi pozuntularını yaradır. Onlar qəfləti və gözlənilməz xarakter daşıyır, təkrarlanır və insanın funksionallığını pozur.

Epilepsiyanın əlamətləri

İşıq saçma illüziyası, bədənin bir hissəsinin keyiməsi, güclü qorxu, ətraflarda qəfləti titrəmə, qıcolmalar.

Əlamətlər nədən asılıdır?

Bu, patoloji boşalmanın hansı qrup hüceyrələrdə baş verməsindən asılıdır.
Tutma qismən, məhdud neyronlar qrupunun və ya bütöv beynin cəlb edilməsi ilə baş verə bilər və bu zaman qıcolmalar, şüurun itməsi və digər ağır təzahürlər
mümkündür.

Diaqnostikası

Adətən tutmalar təkrarlanır və xəstə həkimə müraciət edir. Diaqnostika xəstənin tutmalarının xarakteri barədə sorğu-sual edilməsindən başlanır. Bəzən tutmaların şahidlərindən də soruşulur.

Epilepsiyaya şübhə olduqda beyinin elektrik aktivliyini öyrənmək üçün elektroensefaloqramma (EEQ) edilir. Bu müayinə adətən tutma zamanı aparılmadığından mənfi nəticə xəstəliyi inkar etmir, o zaman əlavə müayinələr aparılır.

Müalicəsi

Müalicənin bir neçə aspekti var. Birincisi, tutmaların profilaktikası üçün dərman müalicəsi aparılır.
Əgər müayinə zamanı anatomik səbəb, məsələn, şiş və ya damar anomaliyası aşkar edilərsə, o zaman cərrahi müdaxilə edilir.

Epilepsiyalı xəstə maşın idarə edə bilərmi?

Əgər xəstənin vəziyyəti kompensasiya edilibsə, il ərzində tutmaları olmayıbsa, o zaman o, maşın idarə edə bilər, bu şərtlə ki, həkimin müşahidəsi altında olsun və müalicə alsın.



REKLAM