sehiyye.info

Gün vurma halları:

Gün vurma halları:
Gün vurma halları: İlk yardımİsti vurma gün vurmadan daha tez baş verir:
Son günlər havaların isti keçməsi ilə əlaqədar günvurma halları artıb. FaktXəbər-in vürdiyi məlumata görə, bu il yay başlayandan indiyədək günvurma diaqnozu ilə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 35 nəfər müraciət edib. Hələ ki, bunula əlaqədar ölüm hadisəsi qeydə alınmayıb.


Sehiyye.info xəbər verir ki,yay mövsümündə havanın və xüsusilə də dəniz suyunun hərarətinin yüksək olması çimərliklərə gedən insanların sayının artmasına gətirib çıxarır. Günün çox hissəsini qızmar günəş altında çimərlikdə keçirmə, uzun müddət fasiləsiz işlə məşğul olma, yürüşlər etmə insanları gün və isti vurma kimi real təhlükələrlə üzləşdirir. Əhalinin belə təhlükələrdən müdafiəsi məqsədilə məlumatlandırma işinin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Gün və isti vurma halları - insan orqanizminin həddindən artıq qızması nəticəsində baş verir.

Bu cür hallara ən çox uşaqlar, kök insanlar, ürək-damar və endokrin (daxili ifrazat) xəstəliklərindən əziyyət çəkənlər məruz qalır. Son zamanlar günəş ildən-ilə daha çox ultrabənövşəyi şüalar saçdığına görə gün və isti vurma faktları geniş vüsət alıb.

Gün vurma - başın birbaşa gün şüalarının təsiri altında həddindən artıq qızması nəticəsində kəskin ağır vəziyyətin yaranmasıdır: Bu zaman beyinin qan damarları genişlənir və beyinə güclü qan axını baş verir. Bəzən xırda beyin qan damarlarının qırılması baş verir, bu isə mərkəzi və periferik əsəb sisteminin pozulmasına gətirib çıxarır.

Gün vurmanın əsas səbəbləri - başın örtüksüz, bədənin açıq və qorumasız halda günəş şüası qəbul etməsidir. Həmçinin gün vurmaya bürkü və küləksiz hava, çimərliklərdə spirtli içkilərin qəbul edilməsi, həddindən artıq yemək, gün şüası qəbul edən zaman yatmaq səbəb olur.

Gün vurmanın əsas əlamətləri - qızarmış sifət, dəhşətli baş ağrısı və başgicəllənməsidir. Bu əlamətlərdən sonra gözlərin qaralması, ürək bulanması və müəyyən hallarda isə qusma baş verir. Bəzən burundan qanın axması və görmə qabiliyyətinin pozulması da olur. Yardım göstərilmədikdə, xəsarət alan huşunu itirir, təngnəfəs olur, nəbzi sürətlənir, ürək fəaliyyəti pozulur. Gün vurma dəri yanması ilə də müşahidə olunur: buna misal olaraq qızartı, suluq və s. göstərmək olar.



REKLAM