sehiyye.info

Özəl klinikalarda "Pfizer" peyvəndi etdirənlərdən tibbi müayinə üçün alınan ödəniş ləğv olunub

Özəl klinikalarda "Pfizer" peyvəndi etdirənlərdən tibbi müayinə üçün alınan ödəniş ləğv olunub
“Leyla Medical Center”də koronavirusa qarşı "Pfizer" peyvəndi vurduran şəxslərdən tibbi müayinə üçün ödəniş artıq tələb olunmayacaq.

“Leyla Medical Center” özəl tibb müəssisəsindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlki qaydalara əsasən, vətəndaşlar vaksinasiyadan öncəki tibbi müayinə üçün 30 AZN ödəniş edirdilər.

Bu gün klinikaya “Pfizer” vaksini vurdurmaq üçün təxminən 120 nəfər müraciət edib.

Qeyd edək ki,"Pfizer” vaksininin istifadəsi Bakı Sağlamlıq Mərkəzi, Zərifə Əliyeva 5 ünvanında yerləşən Mərkəzi Klinik Xəstəxanasının ambulatoriyası, “Leyla Medical Center”, “Caspian İnternational Hospital” və M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında aparılır. Özəl klinikalarda peyvəndlənmə prosesi müəssisənin daxili qaydalara uyğun olaraq aparılır.

Xatırladaq ki, Azərbaycanda "Pfizer"in istifadəsinə iyunun 7-də başlanılıb.//azertac



REKLAM