sehiyye.info

ÜST-dən həyəcan təbili – Dünya əhalisinin 80 faizdən çoxu işsizlikdən...

ÜST-dən həyəcan təbili – Dünya əhalisinin 80 faizdən çoxu işsizlikdən...
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlıq edib ki, 2030-cu ilə qədər təxminən 500 milyon insan fiziki hərəkətsizlik səbəbindən çox ciddi sağlamlıq problemləri ilə üzləşəcək.

Sehiyye.info xarici mediaya istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının yaydığı bəyanatda deyilir ki, hökumətlər təcili tədbirlər görməsə və ya insanları daha çox tədbir görməyə təşviq etməsə, yarım milyard insan infarkt, piylənmə, diabet və digər ciddi və ölümcül xəstəliklərlə üzləşəcək. ÜST açıqlamasında onu da vurğulayıb ki, insanları divandan qalxıb hərəkətə gətirmək böyük maliyyə yükü yaradacaq, sağlamlıq xərcləri isə 27 milyard dollar artacaq.

ÜST-ün hərəkətsiz həyat tərzinin təsirləri ilə bağlı ilk qlobal hesabatına görə, dünyada yetkin əhalinin 80 faizindən çoxu kifayət qədər fiziki aktivliyə malik deyil. 194 ölkənin məlumatına görə, hökumətlərin idman və hərəkəti təşviq etmək səyləri çox ləng gedir və gələcək illərdə səhiyyə xidmətləri böyük zərər çəkə bilər.

ÜST-ün baş katibi Adanom Qebreyesusun sözlərinə görə, insanları gəzməyə, idman etməyə və digər fiziki fəaliyyətlərə təşviq etmək üçün daha çox işlər görülməlidir.//publika



REKLAM