2030-cu ilə qədər illik ölüm sayı 8 milyon nəfərə çata bilər - HƏYƏCAN TƏBİLİ
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Assambleyası 1988-ci ildə 31 may tarixini Ümumdünya Tütünlə Mübarizə Günü elan edib. O vaxtdan dünyanın müxtəlif ölkələrində insanları tütün məhsullarından istifadədən çəkindirmək məqsədi ilə bu tarixi gün hər il qeyd olunur.
Metbuat.az xəbər verir ki, müxtəlif ölkələrlə yanaşı, Azərbaycanda da bununla bağlı tədbirlər keçirilir. Azərbaycan 2005-ci ildə Tütünlə mübarizə haqqında ÜST-ün Çərçivə Konvensiyasına ratifikasiya edib.
Tütünlə mübarizə haqqında ÜST-ün Çərçivə Konvensiyası dünyada tütünə qarşı mübarizədə ən mühüm hüquqi sənəddir. ÜST-ün himayəsi altında razılaşdırılmış birinci saziş olmaqla, bu sənəd həm də ictimai səhiyyənin inkişafı sahəsində əldə edilmiş əhəmiyyətli nailiyyətdir. 2005-ci ildən etibarən qüvvəyə minməklə, artıq Birləşmiş Millətlər Təşkilatının tarixində ən sürətlə və geniş yayılan və 170-dən artıq üzv dövlətin qoşulduğu sazişlərdən biridir.
Qlobal tütün epidemiyası nəticəsində baş verən illik ölüm sayı 2030-cu ilə qədər 8 milyon nəfərə çata bilər. 20-ci əsr ərzində 100 milyon nəfərin həyatına son qoyan tütünçəkmə 21-ci əsrdə 1 milyard insanın ölümünə səbəb ola bilər.
Bu prospektdə rənglənmə işləri aparılacaq