sehiyye.info

Daxili qanaxmanın əlamətləri

Daxili qanaxmanın əlamətləri
Daxili qanaxma qanın orqanizmin təbii boşluqlarına (mədə, sidik kisəsi, uşaqlıq, ağciyərlər, oynaq boşluğu və s.) axması, yaxud axmış qanın yaratdığı süni boşluğa (retroperitoneal, əzələlərarası və s.) toplanması ilə xarakterizə olunan vəziyyətdir.

Sehiyye.info xəbər verir ki, travmalar və xroniki xəstəliklər nəticəsində inkişaf edə bilər. Daxili qanaxmanın simptomları onun lokalizasiyasından və itirilən qanın həcmindən asılıdır. Adətən, onlar başgicəllənmə, zəiflik, yuxululuq, huşun itirilməsi və s. kimi ümumi xarakter daşıyır.
Xarakterik əlamətləri olmadığından daxili qanaxmanın diaqnostikası çox çətindir. Klinik halların çoxunda xəstənin həyatı üçün təhlükə törədir.

Simptomları
Daxili qanaxmanın ümumi, erkən əlamətləri ümumi zəiflik, yuxululuq, dəri və selikli qişaların solğunluğu, başgicəllənmə, soyuq tər, hərarət, gözlərin qaralmasıdır.

Az qan itkisi zamanı nəbzin nəzərə çarpmayan sürətlənməsi müşahidə edilir.

Orta ağırlıqlı qanitirmə zamanı isə nəbzin sürətlənməsi, dəri solğunluğu, ətrafların soyuması və tənəffüsün tezləşməsi qeyd olunur. Ağızda quruluq, huşun itirilməsi, başgicəllənmə, ürəkbulanma, adinamiya, nəzərə çarpan zəiflik, reaksiyaların ləngiməsi mümkündür.

Ağır hallarda isə tənəffüs ritmlərinin sürətlənməsi və pozulması, yapışqan soyuq tər, əsnəmək, patoloji yuxululuq, əllərin tremoru, gözlərin qaralması, laqeydlik, apatiya, ürəkbulanma və qusma, xaric olunan sidiyin azalması, üzücü yanğı, huşun alaqaranlıqlaşması, dəri və selikli qişaların kəskin solğunluğu, ətrafların, dodaqların və burun-dodaq üçbucağının sianotikliyi qeyd olunur. Ölümcül qanitirmə zamanı koma inkişaf edir.

Qanaxmanın ehtimal olunan mənbəyi nahiyəsinə soyuq (məs., buz kisəsi) qoymaq lazımdır. Xəstə nahiyəni istiyə məruz qoymaq, klizma etmək, işlədicilər və ya ürək fəaliyyətini stimulyasiya edən preparatlar vermək qəti qadağandır.//medicina.az



REKLAM