Payızda havanın isti olması bizi zorakı və qəddar edə bilər
![]()
Bir az günəş işığı çoxumuzu dondurma, günəş vannaları və çimərlikləri arzulamağa məcbur edə bilər, amma isti hava bizi həm də zorakı, qəddar və əzilmiş edə bilər.
Sehiyye.info xəbər verir kki,bu barədə ABŞ alimləri deyiblər.
Beləki,havaların normadan artıq isti keçməsi insan psixologiyasına təsir edir.
Azərbaycanda payız aylarına baxmayaraq havaların isti keçməsinə öyrəşməmişik.Bu baxımdan əsəblərimiz gərginləşə bilər.
Alimlərin dediyinə görə,isti havaların müşayəti ilə dünya tarixində görünməmiş sayda qətllər, təcavüz halları, qarət və hücumlar törədildi - belə halların sayı təxminən, 1,56 milyona çatdı.
Hava ilə zorakılıq tendensiyası arasında bir əlaqə mövcud ola bilərmi?
İnsanlar isti havanın davranışımızı dəyişə biləcəyindən əsrlər boyu şübhələnirdilər.
Bu ideya dilimizə də sirayət edib - biz temperamentdən, "alovlanan", "qızmış" qəzəbdən bəhs edirik və bu kimi digər ifadələr işlədilir.