sehiyye.info

Havaların qeyri stabil keçməsi soyuqdəyməni artırıb.

Havaların qeyri stabil keçməsi soyuqdəyməni artırıb.
Sehiyye.info xəbər verir ki,havaların kəskin soyuması bir çox insanların xəstələnməsinə səbəb olub.Belə ki,bir neçə gün öncə havanın temperaturu müsbət 20 dərəcəyə qalxmışdı
.Bir iki gündür kəskin soyuqlar başlayıb.Hətta respublikanın bəzi rayonlarına qar da yağıb.Belə olan halda insanlar hava şəraitinə uyğunlaşmaıb xəstələnirlər.Məsələ burasındadır ki, soyuq hava insan orqanizminin müdafiə imkanlarını kəskin azaldır. Nəticədə selikli qişalarımızda yaşayan və adi vaxtlar bizim üçün nisbətən ziyansız olan müxtəlif zərərli mikroblar kosmik sürətlə çoxalmağa başlayır və insan xəstələnə bilər.

Təbii ki, soyuqdəymə xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha yaxşıdır. Bunun üçün insan öz immun sistemini hər zaman "döyüşə" hazır vəziyyətdə saxlamalıdır. Bu işdə düzgün və xeyirli qidalanma, kifayət qədər yuxu və istirahət, fiziki aktivlik, vitamin-mineral komplekslərin qəbulu (həkimin təyini ilə!) sizə kömək edəcək. İmmuniteti zəiflədən əsas amillərdən biri də stresdir. Bu səbəbdən stresdən uzaq olmağa çalışın.

Əgər profilaktik tədbirlərə baxmayaraq siz özünüzdə xəstəliyin ilkin əlamətlərini hiss etmisinizsə, vaxt itirmədən aşağıda sadaladığımız tədbirlərə başlayın:

- Dərhal isti vanna və ya isti duş qəbul edib yatağa uzanın və yorğana bürünün. Fiziki aktivliyinizi minimuma azaldın.

- İsti maye qəbul edin. Ən yaxşı variant - isti çay moruqla və balla. Moruğu "təbii aspirin" adlandırırlar. Məsələ burasındadır ki, moruqda aspirin preparatınının tərkibinə daxil olan salisil turşusu var. Moruq immun sistemini stimullaşdırır, mikroblarla mübarizə aparır, qızdırmanı aşağı salır. Zəncəfil və bal qatılmış çay da yaxşı təsir edir.



REKLAM