sehiyye.info

Panik atakların endokrinoloji müalicəsi

Panik atakların endokrinoloji müalicəsi
Panik ataklar və təşviş pozuntularının bir səbəbi hormonal problemlərdir.

Sehiyye.info xəbər verir ki, endokrinoloq Natalya Liberanskaya atakların yaranma mexanizmi və müalicəsindən danışıb.

"Panik atakları bir neçə xarici əlamətlə diaqnoz etmək olur: daxili gərginlik, sürətli ürəkdöyümmə, titrəmə, əsmə, təngnəfəslik, ürək tərəfdə ağrı, qprxu və s.

Eləcə də qarında ağrı, ürəkbulanma, baş gicəllənmə ola bilər.

Trigger səbəblər çoxdur: xəbər, kütlə, nəqliyyat, qaranlıq yer, havasız yer və s.

Bəzən yanaşı olaraq xroniki yorğunluq, yuxusuzluq, deprssiya olur.
Bu zaman endokrinoq və psixiatr müayinəsi vacibdir.

İlk növbədə böyrəküstü vəzilərin disfunksiyasını tapmaq lazımdır.
Cinsi və digər hormonların səviyyəsinə baxmaq mütləqdir.

Çox zaman yüksəlmiş prolaktin panik ataklara səbəb olur.
TTH, T3-4, prolaktin, LG, kortizol, testosteron analizləri verilməlidir.

Panik atak zamanı adrenalin qana çox sıçrayır, atak 15 dəqiqə çəkir, sonra adrenalin düşür, ona görə bu müddəti gözləyin".
//medicina.az



REKLAM