sehiyye.info

Banqladeşdə qadın bir ayda iki dəfə ana olub.

Banqladeşdə qadın  bir ayda iki dəfə ana olub.
Sehiyye.info France-Presse-ə istinadən xəbər verir ki, Banqladeş sakini bir ay ərzində üç uşaq dünyaya gətirib.

20 yaşlı Arifə Sultana ilk övladını dünyaya gətirib. Həkimlər, nadir bir inkişaf anomaliyasına görə qadının daha iki dölün böyüdüyü ikinci bir uşaqlığa sahib olduğunu fərq etmədilər. Nəticədə 26 gündən sonra Sultanənin suları yenidən kəsildi.
26 gün sonra o ,yenidən əkiz uşaq dünyaya gətirib. Həkimlər ona təcili qeysəriyyə əməliyyatı aparıb və iki yeni doğulmuş bir oğlan və bir qız uşağı çıxarıblar. Qadın artıq xəstəxanadan evə buraxılıb. Həkimlərin dediyinə görə, uşaqlar tam sağlamdırlar, doğuş zamanı heç bir fəsad olmayıb.

İndi o, ərinin cüzi maaşı ilə üç uşağını necə yedizdirəcəyindən narahatdır. Əri isə əksinə, vəziyyətə nikbin baxır. O, baş verənləri ilahi möcüzə adlandırıb və ailəsini xoşbəxt etmək üçün əlindən gələni edəcəyinə söz verib.



REKLAM