Əri ilə görüşə gələn qadın həbsxanada uşaq doğdu
Tümen vilayətindəki 2 saylı həbsxanadakı əri ilə görüşə gələn qadın orada uşaq dünyaya gətirib.
Sehiyye.infonun Rusiya mediasına istinadla verdiyi xəbərə görə, qadın əri ilə uzun müddətli görüşdə olub. Onun doğuş sancıları başlayan kimi növbətçi təcili yardım çağırıb.
Məlumata görə, təcili yardım briqadası gələnə qədər uşağın atası, islah-əmək müəssisəsinin işçiləri doğuş zamanı qadına gömək göstəriblər.
Uşağın atası doğuşda birbaşa iştirak etməli idi, cəza sisteminin işçiləri təcili yardım gəlişindən əvvəl doğuş zamanı qadına kömək göstərdilər
Doğuş uğurla başa çatıb. Qadın oğlan uşağı dünyaya gətirib. Qadın və yeni doğulan körpə Tümendəki doğum evlərindən birinə yerləşdirilib. //lent.az