sehiyye.info

İlk dəfə olaraq 2 uşaqlığı olan qadın sağlam "kral əkizləri"ni dünyaya gətirdi

İlk dəfə olaraq 2 uşaqlığı olan qadın sağlam "kral əkizləri"ni dünyaya gətirdi
Qadın hələ iyirmi yaşında, hamiləlikdən xeyli əvvəl iki uşaqlığı olduğunu bilirdi. İkili uşaqlıq nadir patologiya hesab edilir, ağrılı aybaşılar və ya onların tamamilə baş verməməsi ilə xarakterizə olunur. Belə xəstəlikdə qadınlar hamilə qala bilər, amma sağlam uşaq dünyaya gətirmək problemlidir. Adətən belə hamiləlik ölü hamiləlik adlanır.

Tibbi ədəbiyyatda iki uşaqlığı olan və uğurla sağlam uşaq dünyaya gətirən cəmi on beş hal təsvir edilib.

Ladoviç əkizlərə hamilə qalıb, özü də dölün hər biri ayrıca uşaqlıqda olub.

Hamiləliyin yüksək riskini nəzərə alaraq, Tel-Əvivdəki "İxilov" klinikasının həkimləri hamiləliyin 35-ci həftəsində qadın üzəridə Qeysəriyyə əməliyyatı aparıblar. Dünyaya "kral əkizləri"-oğlan və qız gəlib. Ana və körpələr özlərini yaxşı hiss edirlər.

Dünyada iki uşaqlığı olan və aralarında bir neçə ay fasilə olmaqla uşağa hamilə qalan bir neçə hal müşahidə edilib. Məsələn, 2019-cu ildə Əfqanıstan sakini olan 20 yaşlı iki uşaqlığı olan qadın bir ay ərzində iki dəfə doğuş keçirib. Fevralın sonunda oğlan, bir aydan sonra isə ikinci uşaqlıqda formalaşan əkizləri dünyaya gətirib.//moderator



REKLAM