sehiyye.info

Nigeriyada qızdırmadan 171 nəfər ölüb

Nigeriyada qızdırmadan 171 nəfər ölüb
Nigeriyada ilin əvvəlindən bəri Lassa qızdırmasından ölənlərin sayı 171-ə çatıb.

Bunu bazar günü Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi elan edib.

Məlumata görə, indiyədək xəstəliyə yoluxanların sayı 6660 nəfər olub.

“Lassa qızdırması ölkənin 36 bölgəsindən 25-də qeydə alınıb. Ən çox yoluxma halı isə 21-30 yaş qrupunda qeydə alınıb”, - məlumatda bildirilib.

Qeyd edək ki, Nigeriyada 2021-ci ildə Lassa qızdırmasından 80-dən çox ölüm qeydə alınıb. Xəstəliyin öncəki ciddi epidemiyası ölkədə 2017-2018-ci illərdə müşahidə olunub.//oxu.az



REKLAM