Nigeriyada hər saatda 9 nəfər bu xəstəlikdən ölür
Nigeriyanın səhiyyə naziri Osaci Exanire ölkəsindəki qorxunc statistikanı açıqlayıb.
TRT xəbər verir ki, nazir Nigeriyada hər saatda 9 nəfərin malyariyadan öldüyünü bəyan edib.
Onun sözlərinə görə dünya üzrə hər 4 malyariya xəstəsindən biri Nigeriyadadır.
Exanire malyariyanın milli epidemiya səviyyəsinə çatdığını və xüsusən də azyaşlılar üçün təhlükələ olduğunu bildirərək, xəstəliyin hər iki dəqiqədə bir uşağın həyatına son qoyduğunu vurğulayıb.//oxu.az