sehiyye.info

Gürcüstanda “donuz qripi”nə yoluxma halı qeydə alınıb

Gürcüstanda “donuz qripi”nə yoluxma halı qeydə alınıb
Gürcüstanda mövsümi qrip virusu yayılmağa başlayıb. Artıq “donuz qripi” adlanan A (H1N1) virusuna yoluxma ilə bağlı da ilk hal qeydə alınıb.

Sehiyye.info xəbər verir ki, bu barədə Gürcüstanın Birinci kanalı (1TV) məlumat yayıb.

Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən telekanala bildirilib ki, virusa yoluxma halı ötən həftə Batumi şəhərində qeydə alınıb. Virusa yoluxan yeniyetmədir.

O xəstəxanaya yerləşdirilib və artıq müalicə olunur.

Milli mərkəzdən bildirilib ki, ölkədə mövsümi qripə yoluxma halları illik müqayisədə artıb.

Xatırladaq ki, 2018-ci ildə Gürcüstanda 20 nəfər H1N1 virusundan dünyasını dəyişib.AZƏRTAC



REKLAM