sehiyye.info

Meymunçiçəyi Çinə də çatdı

Meymunçiçəyi Çinə də çatdı
Çində meymunçiçəyi virusuna ilk yoluxma faktı aşkarlanıb.

Medicina.az xəbər verir ki, yoluxma ölkənin cənubundakı Çonqinq şəhərində müəyyən edilib.
Şəhərin Sağlamlıq Komissiyasından verilən açıqlamada yaşı və cinsi açıqlanmayan xəstənin xaricdən gəldiyi bildirilir.

Açıqlamada qeyd olunub ki, yoluxan şəxs şəhərə gəldiyi gündən karantinə alındığı üçün xəstəliyin yayılma riski azdır.



REKLAM