sehiyye.info

Meymunçiçəyi ilə bağlı qorxunc fakt – Kişilər hökmən oxusun, sən demə…

Meymunçiçəyi ilə bağlı qorxunc fakt – Kişilər hökmən oxusun, sən demə…
Amerika Tibb Assosiasiyasının meymunçiçəyi virusu ilə bağlı araşdırmasının nəticələri açıqlanıb.

Bu barədə məlumat “JAMA” jurnalında dərc olunub. Nəticələrə görə, meymunçiçəyi virusu cinsi yolla ötürülüb. Bildirilib ki, Nigeriyada yüzlərlə yoluxma faktı qeydə alınıb və bunların əksəriyyəti kişilərdə cinsiyyət orqanlarının zədələnməsi kimi aşkar edilib.

Virusun cinsi əlaqə yolu ilə insandan insana keçə biləcəyinə diqqət çəkən araşdırmada, mütəxəssislər xəstəliyə nəzarət üçün cinsiyyət orqanlarının müayinəsinin vacibliyini vurğulayıb.



Qeyd edək ki, meymunçiçəyi virusu artıq 58 ölkədə müşahidə olunub. Ümumilikdə 3 min 417 nəfərdə virusa yoluxma halı təsdiqlənib. Müxtəlif qitələrdə yoluxanların sayı hər həftə artır. Ölkələr xəstəliklə mübarizə məqsədilə qlobal əməkdaşlıq etmədiyi təqdirdə virus yayılmağa davam edəcək.//sfera.az



REKLAM