Avropa İttifaqı 110 min doza meymunçiçəyi vaksini alır
Avropa İttifaqı (Aİ) üzv ölkələrə göndərmək üçün 110 min doza meymunçiçəyi vaksini alacaq.
Sehiyye.info xəbər verir ki, bunu Sağlamlıq və Qida Təhlükəsizliyi üzrə Avropa Komissiyasının üzvü Stella Stella Kiriakides Lüksemburqda Aİ səhiyyə nazirlərinin toplantısında deyib.
110 min doza meymunçiçəyi vaksinin alınması üçün müqaviləni bu gün imzalayacağını qeyd edən Kiriakides üzv ölkələrə ilk tədarüklərin iyun ayının sonunda başlayacağını bildirib.
Kiriakides qeyd edib ki, hazırda Aİ ölkələrində 900-ə yaxın meymunçiçəyinə yoluxma halı aşkarlanıb, halbuki dünya üzrə yoluxma sayı 1400-ə yaxındır.
Aİ səhiyyə nazirləri toplantısında COVID-19 pandemiyası ilə bağlı vəziyyəti də müzakirə edəcəklərini söyləyən Kiriakides gələcək payız və qış üçün strategiyaları müzakirə edəcəklərini və üzv ölkələrin kifayət qədər sağlamlıq imkanlarına sahib olması üçün səyləri qiymətləndirəcəklərini ifadə edib.//bakupost