sehiyye.info

Liposaksiyanın təhlükələri,bu əməliyyatı etdirməzdən əvvəl geniş məsləhətə ehtiyac var.

Liposaksiyanın təhlükələri,bu əməliyyatı etdirməzdən əvvəl geniş məsləhətə ehtiyac var.
Gözəllik qurban tələb edir
Son vaxtlar qadınlarımız liposaksiya,yəni qarın piylərinin götürülməsi,eləcə də,bədənin müxtəlif sahələrinin gözəgəlimli olması üçün əməliyyat etməyə üstünlük verirlər.
Sehiyye.kinfo xəbər verir ki,dünyada, eləcə də Azərbaycanda plastik əməliyyat etdirən şəxslərin sayı getdikcə artır. Əvvəllər bu hal tanınmış şəxslər arasında daha çox dəbdə idisə, indi sadə vətəndaşlar da plastik əməliyyatlara müraciət edirlər.

Əməliyyat növlərindən biri də liposaksiyadır. Liposaksiya bədənin müxtəlif nahiyələrindən (üz, boyun, qolların yuxarı hissələri, qarın, bud nahiyələri, dizin iç tərəfləri, kürək) piylərin alınması deməkdir. Sözügedən plastik əməliyyat növü çəki azaltmaq əməliyyatı olmayıb, pəhriz və idmanla çəkilməyən piylərin alınması məqsədilə edilir.
Bu əməliyyat hətta o dərəcədə adiləşib ki, insanlar ona artıq ciddi cərrahi müdaxilə kimi deyil, adi bir kosmetik prosedur kimi baxır. Lakin bu heç də belə deyil. Bütün digər cərrahi əməliyyatlarda olduğu kimi liposaksiyanın da əks-göstərişləri, yanaşı təsirləri, ağırlaşmaları, riskləri var. Yaxın günlərdə Leyla adlı cavan xanımın liposaksiyadan 2 gün sonra ölümü bunu tam şəkildə təsdiq edib.

İnternetdə yayılan şəkillərdən hətta tibbi savadı olmayan insan anlayır ki, bu xanıma əslində liposaksiya əməliyyatına heç ehtiyacı da olmayıb. Vicdanlı peşəkar həkim belə pasiyenti fikirdən döndərməli, apparat kosmetologiyasına və ya fitnes zalına göndərməli idi. Lakin...

Liposaksiya yuxarıda qeyd etdiyimiz kimi ümumi narkoz altında keçirilən ciddi cərrahi əməliyyatdır.
liposaksiyanın bir neçə növü var - vakuum, ultrasəs və lazer liposaksiyası. Lakin növündən asılı olmayaraq bu cərrahi müdaxilədir və onun da müəyyən riskləri var.

Əməliyyatdan əvvəl pasiyentin sağlamlığı diqqətlə qiymətləndirilməli, anamnez yığılmalı, pasiyent lazım olan müayinə və analizlərdən keçməlidir. Bu əksər ağırlaşmaların qarşısını almağa kömək edir. Təəssüf ki, bəzən bu mərhələ buraxılır.

Arterial hipertenziya (yüksək təzyiq), qan laxtalanması sistemi xəstəlikləri, böyrək və qaraciyər xəstəlikləri və bəzi digər pozulmalar zamanı liposaksiya əməliyyatı keçirilmir.
Cərrahların fikrincə çox kök adamları liposaksiya əməliyyatına götürmək düzgün deyil. Lİposaksiya əslində çox gözəl metoddur, amma ondan korreksiya üçün istifadə edilsə, çox yaxşı olar: “Yüksək miqdarda yağ çəkildikdə bu təbii ki, ölüm riski yarada bilər. Son zamanlar ölüm halları təkcə liposaksiya əməliyyatlarında deyil, lipofilinqdə də olur. Lipofilinq bədəndən çıxarılan yağın başqa bir yerə vurulmasıdır. Bunu da bütün dünyada edirlər. Hamı bilir ki, yağı hansısa başqa bir yerə vurduqda yağın damara girməklə sonra daha böyük damarı tutmaq riski var. Bu barədə də əvvəlcədən xəstəyə məlumat verilir. Buna piy emboliyası deyilir, bunu isə əvvəlcədən bilmək mümkün deyil. Çünki bədəndə böyük damarlar var, amma həkim o damarları görmür. Yağ da vurulanda təzyiqdən damarın divarı yırtılır və yağ damara girib böyük damarı tutur. Bunu idarə etmək mümkünsüzdür”.



REKLAM