sehiyye.info

Pandemiyada plastik əməliyyatlara tələb artıb

Pandemiyada plastik əməliyyatlara tələb artıb
Yeni növ koronavirus infeksiyası (COVID-19) pandemiyası dövründə plastik, estetik və rekonstruktiv cərrahi əməliyyatlara tələb artıb.
Sehiyye.info “Report”a istinadən xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Bu dinamika, video zənglərin sayının artması ilə izah olunur. Qəzetin yazdığına görə, kadrda insanların pis görünməsi onları plastik əməliyyata sövq edib.

Belə ki, plastik cərrah Diana Aleksander bildirib ki, təkcə bir yarım ay ərzində 251 plastik əməliyyat edib. Onun sözlərinə görə, müştərilər video zənglər zamanı qəşəng düşmədikləri üçün plastik cərrahlara müraciət edirlər.



REKLAM