sehiyye.info

53 dəfə plastik əməliyyat keçirən aktrisa iflic oldu - FOTO

53 dəfə plastik əməliyyat keçirən aktrisa iflic oldu - FOTO
Tanınmaz dərəcədə dəyişmək qərarına gələn texaslı modelin siması nəticədə iflic olub.


Arasdırma.info Milli.Az -a istinadən xəbər verir ki, 45 yaşlı Playboy modeli, daha çox Sabrina Sabrok kimi tanınan porno ulduz Lorena Fabiana Kolotta 53 plastik əməliyyat keçirib. Onun sözlərinə görə, uşaqlıqdan kukla görünüşünə nail olmaq istəyib, lakin bahalı prosedurlar üçün pulu çatmayıb. Yetkinləşdikdən sonra qadın televiziyada işləyən bir işə düzəlir və əməliyyatlar üçün pul yığmağa başlayır.

Botox və hialuron turşusunun tətbiqi üçün son prosedur zamanı Kolotta iflic olub. "Mən gülə bilmirəm. Özümü axmaq kimi hiss edirəm. Hər həftə iynə vururdum, həkimlər dedilər ki, fəsadlarım var. Üzümün sağ tərəfində iflic oldum" deyib.



REKLAM