sehiyye.info

Baş ağrısı necə keçər?

Baş ağrısı necə keçər?
Baş ağrısı, başın və ya yuxarı boyunun müəyyən bir hissəsində yaranan ağrı olaraq nəzərdə tutulur. Əslində beynimizin özü ağrıya həssas deyil. Başımızdakı ağrıya həssas quruluşlar; kəllə sinirləri, arteriya və damarlar, baş dərisi və boyun əzələləri, dəri, səthi sinirlər, sinuslar, xarici eşitmə kanalı və qulaq pərdəsi, göz bəbəyi və ətraf quruluşlar, tüpürcək vəziləri, dişlər, çənə oynağı, yuxu damarı və onun şaxələridir. Baş ağrısı; Küt, kəskin, zonqlayızı, davamlı, fasiləli, yüngül və ya ağır ola bilər. Baş ağrısı cəmiyyətdə geniş yayılmış bir şikayətdir və baş ağrısı olan insanların 70% də təkrarlanan baş ağrısı olur. Baş ağrısı həyat keyfiyyətinə mənfi təsir göstərsə də, əksər hallarda həyati təhlükə yaratmır. Bununla birlikdə, baş ağrısı ilə əlaqədar aşağıdakılar nəzərə alınmalıdır:

Ağrı qəfildən ortaya çıxsa və indiyə qədər yaşadığınız ən ağır baş ağrısıdırsa,
Ağrı keçmirsə və şiddəti artarsa,
Baş ağrısı ikili və ya bulanık görməyə səbəb olarsa,
Ürək bulanma, qusma varsa
50 yaşdan sonra meydana çıxıbsa,
Baş ağrısı baş zədələnməsindən və ya qəzadan sonra meydana gələrsə
Boyun sərtliyi və ya qızdırma şəklində özünü göstərirsə dərhal həkimə müraciət edilməlidir.//sağlamaile



REKLAM