sehiyye.info

Ölümcül xəstəliklə bağlı XƏBƏRDARLIQ: Gözlərdə ləkələr və şiddətli baş ağrısı...

Ölümcül xəstəliklə bağlı XƏBƏRDARLIQ: Gözlərdə ləkələr və şiddətli baş ağrısı...
Baş ağrısının müxtəlif səbəbləri ola bilər və beyin xərçəngi bunlardan biridir.

Sehiyye.info xarici KİV-ə istinadla xəbər verir ki, İngiltərədəki "Cancer Research" mərkəzinin mütəxəssisləri bununla bağlı apardıqları araşdırmanın nəticəsini açıqlayıblar.

Ürək bulanması ilə müşayiət olunan baş ağrısı:

Beyin xərçəngində baş ağrısı tez-tez ürək bulanması ilə müşayiət olunur.

Ani baş ağrısı:

Şiddətli baş ağrısı bir mütəxəssisə müraciət etmək üçün yaxşı bir səbəbdir. Xüsusən əvvəllər belə bir ağrı keçirməmisinizsə...

Gecə baş ağrısı:

Gecə baş ağrısı sizi oyadırsa, bu da həkimə müraciət etmək üçün bir səbəbdir.

Görmə dəyişiklikləri ilə müşayiət olunan baş ağrısı:

Gözlərdəki ləkələr də beyin xəstəliklərinə işarə ola bilər. Belə bir problemi görsəniz, bir mütəxəssislə məsləhətləşməyin vaxtı gəlib.

Zamanla baş ağrısının kəskinləşməsi:

Zamanla ağırlaşan davamlı baş ağrıları da beyin xərçənginin əlaməti ola bilər.

Mütəxəssislər beyin xərçəngi inkişafı dövründə yaddaş problemləri və danışma pozuqluqları meydana gələ biləcəyini də xəbərdar ediblər.



REKLAM