sehiyye.info

Neyrocərrahdan XƏBƏRDARLIQ - Daha ağır baş ağrısı ilə qarşılaşa bilərik

Neyrocərrahdan XƏBƏRDARLIQ - Daha ağır baş ağrısı ilə qarşılaşa bilərik
Xroniki baş ağrısı ağrıkəsicilərlə müalicə edilməməlidir, çünki vəziyyəti daha da ağırlaşdıra bilər.

Sehiyye.info Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Burdenko Milli Tibb Tədqiqat Mərkəzinin neyrocərrah-alqoloqu məlumat verib. Bildirilib ki, daimi ağrılar olursa, dərhal həkimə müraciət etməlisiniz:

"Xroniki baş ağrılarına qarşı dərman qəbul etsək, başqa bir problemlə - daha ağır baş ağrısı ilə qarşılaşa bilərik. Həblər özləri baş ağrısı verməyə başlayacaq".

Ekspertlərin sözlərinə görə, bu cür ağrılar ümumi baş ağrısı ilə üst-üstə düşdükdə vəziyyəti o qədər ağırlaşdırır ki, hətta neyrocərrahiyyə sahəsində mütəxəssislər belə bir problemin öhdəsindən gəlməkdə çətinlik çəkirlər.//Publika



REKLAM