sehiyye.info

Teleaparıcı: “Damarlarımızı və hüceyrələrimizi şikəst edir”

Teleaparıcı: “Damarlarımızı və hüceyrələrimizi şikəst edir”
Rusiyalı həkim və teleaparıcı Aleksandr Myasnikov qocalma prosesini sürətləndirən qidalardan söz açıb.

Sehiyye.info xəbər verir ki, bu barədə həkim “Rossiya-1” telekanalında müəllifi olduğu proqramında danışıb. O, xüsusilə biskvit tortları çox yeyənləri xəbərdar edib.

“İnanılmaz dərəcədə dadlı olsalar da, tərkibində yalnız nişasta, şəkər, duz və trans yağlar var və bunların orqanizmə heç bir faydası yoxdur. Ancaq kiminsə şirniyyatdan tamamilə imtina etməsi son dərəcə çətindirsə, yenə də arada bir özünüzü sevindirə bilərsiniz. Orqanizmə müsbət təsir göstərməyən şəkər və duzu da pəhrizinizdən çıxarmağa çalışın.

Çünki bütün bunlar erkən qocalmaya səbəb olur, damarlarımızı və hüceyrələrimizi şikəst edir, insulin riskinin yaranmasına səbəb olur, piylənmə, şəkərli diabetdən tutmuş onkologiya və infarkta qədər bir çox xəstəlik yaradan prosesləri işə salır”, - Myasnikov izah edib.//publika



REKLAM