Myasnikov insan sağlamlığını təyin edən əsas meyarları açıqladı
Bir insanın nə qədər sağlam olduğunu müəyyənləşdirmək üçün dörd meyar var.
Sehiyye.info xəbər verir ki, bu fikirləri tanınmış həkim və TV aparıcısı Aleksandr Myasnikov “Rossiya-1” kanalının efirində bildirib. Həkim qeyd edib ki, xolesterin, qan təzyiqi, şəkər və bel nahiyəsində həddən artıq piylənmə ölüm riskini artıran dördlükdür.
Myasnikov bel meyarlarından danışarkən vurğulayıb ki, kişilər üçün bu parametr 102 santimetrdən, qadınlar üçün 88 santimetrdən çox olmamalıdır. Eyni zamanda həkim öz belinin 99 santimetr olduğunu söyləyib.
“Belin yoğunluğu daha çoxdursa, ürəyiniz risk altındadır”, - Myasnikov əlavə edib.//Publika