Baş infeksionist Azərbaycanda meymunçiçəyi təhlükəsindən DANIŞDI
Dünya ölkələrində meymunçiçəyi xəstəliyinə yoluxmanın günü-gündən artdığını müşahidə edirik. Hətta bizə qonşu ölkələrdə də yoluxmaların qeydə alınması əhali arasında narahatlıq yaradır.
Bəs, Azərbaycanda meymunçiçəyinə yoluxma halı qeydə alınıbmı?
Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov Lent.az-ın sorğusuna cavabında bildirib ki, ölkəmizdə bu infeksiya ilə mübarizə üçün preventiv tədbirlər görülməkdədir:
"Meyminçiçəyi infeksiyasına yoluxma halları dünya üzrə artmaqdadır. 10 avqust 2022-ci il tarixinin statistik məlumatlarına əsasən, dünyada 79 ölkədə 32305 yoluxma halı qeydə alınıb, 8 ölüm (5 hadisə qeyri-endemik ölkədə) hadisəsi baş verib.
Bizə qonşu dövlətlərdən Rusiya Federasiyasında, Türkiyədə və Gürcüstanda ilk yoluxma halları qaydə alınsa da, bu günədək Azərbaycanda belə hala rast gəlinməyib. Ölkəmizdə bu infeksiya ilə mübarizə üçün preventiv tədbirlər görülməkdədir".