sehiyye.info

Nazir açıqladı: Meymunçiçəyinə yoluxma halları artdı

Nazir açıqladı: Meymunçiçəyinə yoluxma halları artdı
Türkiyədə meymunçiçəyinə yoluxanların sayı artıb.

Sehiyye.info Publika.aza istinadən xəbər verir ki, bu sözləri Səhiyyə naziri Fahrettin Koca deyib. O, bildirib ki, bugünədək ölkədə meymunçiçəyi virusuna yoluxan beş xəstə aşkarlanıb.

“Dörd xəstə tamamilə yaxşılaşıb və evə buraxılıb, biri isə təcrid olunur. Səhhəti yaxşıdır, heç bir problemi yoxdur. Bu virusa ölkəmizdə tez-tez rast gəlinməməsinin əsas səbəbi qapalı mühitdə çox yaxın və uzun müddətli təmasın olmasıdır. Lakin bu, bizim üçün endemik risk və ya qlobal pandemiya riski daşımır” , - nazir qeyd edib.

Koronavirus pandemiyasına da toxunan Fahrettin Koca bildirib ki, omikron ştammı geniş yayılsa da, ilk variantlara nisbətən xəstələrdə daha yüngül gedişat müşahidə olunur.



REKLAM