sehiyye.info

Gözəllik salonlarında bu prosedurların edilməsi qadağan olundu - SİYAHI

Gözəllik salonlarında bu prosedurların edilməsi qadağan olundu - SİYAHI
Türkiyədə gözəllik salonlarında bəzi prosedurların edilməsinə qadağa qoyulub.
Sehiyye.info Türkiyə mətbuatına istinadən bildirir ki, bununla bağlı olaraq Məssisənin Açılması və İş Lisenziyaları haqqında Əsasnaməyə dəyişiklik edilib.
Dəyişikliyə əsasən, lazer və ya IPL (Güclü İmpulslu İşıq) həyata keçirilən sızanaqların müalicəsi, dərinin cavanlaşması, varikozların aradan qaldırılması, piqmentli lezyonların yox edilməsi kimi tibbi prosedurlar artıq gözəllik salonlarında həyata keçirilməyəcək. Ancaq qalıcı makiyajı belə yerlərdə etdirmək olacaq.
Bu barədə qərar "Rəsmi Qəzet"də dərc olunduqdan sonra qüvvəyə minib.//bakupost



REKLAM