sehiyye.info

Keçmiş gözəllik kraliçasının kəllə sümüyünü kəsdilər

Keçmiş gözəllik kraliçasının kəllə sümüyünü kəsdilər
ABŞ-ın Delaver ştatının sakini, keçmiş gözəllik kraliçası, 35 yaşlı Sintiya Martines ağır günlər keçirir. 365.Az-ın məlumatına görə, 14 yaşından 25 yaşına qədər müxtəlif gözəllik müsabiqələrində iştirak edən Sintiyanın həyatı öz axarı ilə gedirdi. Amma ötən ilin noyabr ayında gözəl 6 yaşlı oğlu ilə dostlarına qonaq gedib. O, qapıdan içəri girəndə yıxılır və huşunu itirir.
Hadisə yerinə cəlb edilən təcili yardım işçiləri səhvən narkotik maddə diaqnozu qoyublar. Onu xəstəxanaya aparanda Sintiya baş ağrısından ciddi əziyyət çəkirmiş. Bu zaman həkimlər beyin damarlarının anevrizmasını müşahidə ediblər. Bu zaman təcili kəllə sümüyü yarılıb və problem aradan qaldırılıb.
Amma dəhşət bununla bitməyib. Bir neçə gün sonra Sintiya insult keçirib. Ardınca isə beyin şişi üzə çıxıb. Bundan əlavə, ağ ciyərlərinin iltihabı və qan zəhərlənməsi diaqnozu da qoyulub. İnfeksiya səbəbindən kəllə sümüyünün bir hissəsi kəsilib. Hazırda Sintiyanın sağ qalması möcüzə hesab edilir.365.az



REKLAM